Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda "Peşəkar hakim" statusu alanların adları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında idarəçilik edən 10 referi və 15 referi köməkçisinə "Peşəkar hakim" statusu verilib.

Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məlumat verib.

Avstriyalı funksionerin sözlərinə görə, həmin hakimlərlə müddəti avtomatik uzadılmaq şərtilə 1 illik rəsmi müqavilə imzalanıb: "1 ildən sonra sözləşmə yenilənməyə də bilər. Hətta il ərzində müəyyən olunmuş tələblər yerinə yetirilməsə, müqavilənin pozulması da mümkündür".

"Peşəkar hakim" statusu almış ədalət təmsilçilərinin siyahısı:

Referilər: 1. Əliyar Ağayev, 2. Elçin Məsiyev, 3. Rauf Cabbarov, 4. Kamal Umudlu, 5. Rəşad Əhmədov, 6. Rauf Allahverdiyev, 7. İnqilab Məmmədov, 8. Vüqar Həsənli, 9. Rəvan Həmzəzadə, 10. Səbuhi Bayramov

Referi köməkçiləri: 1. Elşad Abdullayev, 2. Pərvin Talıbov, 3. Cavanşir Yusifov, 4. Kamran Bayramov, 5. Nahid Əliyev, 6. Rəhman İmami, 7. Müslüm Əliyev, 8. Vüsal Məmmədov, 9. Rahil Ramazanov, 10. Namiq Hüseynov, 11. Zeynal Zeynalov, 12. Akif Əmirəli, 13. Eyyub İbrahimov, 14. Cəmil Quliyev, 15. Fərid Hacıyev

Qeyd edək ki, "Peşəkar hakim" statusuna malik olan hakimlərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1 000 manat, referi köməkçilərinə isə 700 manat məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Ən çox oxunanalar