Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn ilə qalıb

Yazıçılar Birliyinin qurultayı növbəti il keçiriləcək.

Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

X. Rza bildirib ki, qurultayın bu il Şuşada keçirilməsi planlaşdırılsa da, təxirə salınıb: “Təəssüf ki, pandemiya səbəbindən bu il qurultayı keçirə bilməyəcəyik. Bilirsiniz ki, builki qurultayın Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Pandemiya və hazırlıq məsələləri ilə bağlı qurultayı növbəti ilin iyun-iyul aylarında Şuşada keçirməyi düşünürük”.

Qeyd edək ki, Yazıçılar Birliyinin qurultayının bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Ötən ay Şuşada keçirilən Vaqif Poeziya günlərində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurultayın oktyabr ayında keçirilməsi təklifi ilə çıxış etmiş, Prezident İlham Əliyev bu təklifi razılıqla qarşılamışdı.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan"

Ən çox oxunanalar