Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vidadi Mirkamala 103 min manat artıq pul ödənildiyi müəyyən edilib - Rəsmi

Vidadi Mircəlil oğlu Mirkamalın pensiyasının məbləği ilə bağlı sosial mediadakı şikayəti əsassızdır.

PİA.az-ın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

R.Mehdili qeyd edib ki, V.Mirkamalın sosial sahədə aparılan islahatlarla bağlı ittihamları da həqiqətdən uzaq, heç bir əsası olmayan qarayaxmadan başqa bir şey deyil: “Vidadi Mirkamal 2008-ci ildən sabiq hakim kimi II dərəcəli əlilliyə görə əmək pensiyası alıb. Özünün müraciəti əsasında bu ilin aprel ayında onun pensiyasının növü dəyişdirilib. Yəni əlilliyə görə aldığı pensiya yaşa görə pensiya ilə əvəzlənib. Bu zaman yenə də özünün müraciətinə əsasən, onun pensiyasının yenidən hesablanması aparılıb. Araşdırma zamanı ona 2008-ci ildən 2020-ci ilin dekabrınadək ayda 2762 manat pensiya ödənilməli olduğu halda, 3474 manat pensiya ödənildiyi aşkar edilib. Beləliklə, 12 ildən çox müddətdə ona ümumilikdə 319,8 min manat pensiya ödənilməli olduğu halda 422,8 min manat, yəni 103 min manat artıq pul ödənildiyi müəyyən edilib. Qanunvericiliyin tələbinə əsasən, belə halda artıq ödənilmiş vəsait şəxsin alacağı sosial ödənişdən tutulmalıdır. Vidadi Mirkamal vəsaitin onun pensiyasından tutulmasına razılıq vermədiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Filialının 5 may 2021-ci il tarixli “Artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi haqqında” Qərarı rəsmi məktubla ona göndərilib, 1 iyun 2021-ci tarixli Qərarla isə Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət edilib. Pensiya məbləğinin yenidən artırılmasına dair onun məhkəmə iddiasına da baxılıb, Bakı İnzibati Məhkəməsinin müvafiq Qərar və Qərardadı ilə iddia təmin edilməyib”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib

Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - Təfərrüat

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay