Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Rusiya sülhməramlılar kontingenti Qarabağ dağlarında şərti yaralıların təxliyəsi üzrə təlim keçirib. Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata əsasən, təlim Xocalı hava limanında Mi-8 "Terminator" vertolyotu ilə, ordu aviasiya pilotlarının, hərbi qulluqçularının və xüsusi təyinatlı dəstənin tibb mütəxəssislərinin iştirakı ilə keçib.

Xankəndi hərbi aerodromunda keçirilən təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb hissəsinin mütəxəssisləri iştirak ediblər.

"Bu gün hər cür vertolyotlara quraşdırmaq üçün hazırlanmış iki yerli tibbi modulu olan Mi-8AMTŞ vertolyotu ilə yaralıların uzaq bölgədən təxliyəsi üzrə normativlər keçirildi,"- aviasiya komendantlığının tibb xidmətinin rəhbəri Timur Tsoqoyev deyib.

Qeyd edək ki, keçirilən təlim 9/10 Noyabr 2020 -ci il tarixli Üçtərəfli Bəyannamənin Qarabağ ərazisində istifadə oluna biləcək hərbi texnikası ilə bağlı bəndini kobud şəkildə pozur. Nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib.

Keçən həftə isə sülhməramlılar müntəzəm döyüş təlimi çərçivəsində Dağlıq Qarabağdakı rus sülhməramlıları mümkün pozuntuların qarşısını almaq və 27 müşahidə məntəqəsində təhlükəsizliyi təmin etmək üçün hərtərəfli məşqlər edib. Bu təlimlərə müdafiəni gücləndirmək üçün BTR-82A zirehli personal daşıyıcıları cəlb edilmişdi.(virtualaz.org)

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar