Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobus dayanacaqlarının yararsız hala düşməsinin günahkarı kimdir?

Paytaxtın bəzi ərazilərində avtobus dayanacaqlarının yararsız vəziyyətdə olduğu barədə xəbər vermişdik.

Dayanacaqların yararsız vəziyyətə düşməsində günah vətəndaşlardadır, yoxsa dayanacaqların quraşdırılmasında istifadə edilən konstruksiyaların keyfiyyətsiz olmasında?

Bəzən vətəndaşların özünün də bu kimi məsələlərdə bir qədər laqeyd, kobud rəftarının şahidi oluruq. Lakin, bu, o demək deyil ki, ümumilikdə bu kimi mənzərələrin yaranmasının səbəbi vətəndaşlardır.

Bu, özü də ayrı bir müzakirə mövzusudur.

Bakı Nəqliyyat Agentliyi (BNA) Oxu.Az-ın paytaxtın bəzi ərazilərindəki yararsız vəziyyətdə olan dayanacaqların bərpası barədə sorğusunu cavablandırıb.

Cavabda qeyd olunub ki, təkcə bu ilin ötən dövründə 30-dan artıq dayanacaq pavilyonu təmir edilib:

“İctimai nəqliyyat infrastrukturunun vacib elementlərindən olan avtobus dayanacaq pavilyonlarının quraşdırılması, onların saxlanılması və yenilənməsi daim diqqətdə saxlanılır. Ötən beş ildə bu istiqamətdə görülən işlər nəticəsində Bakı şəhəri üzrə mövcud dayanacaq pavilyonlarının 42 %-i yenilənib. Bir məsələni xüsusi vurğulamaq istərdik ki, avtobus dayanacaq pavilyonu, eləcə də digər ictimai nəqliyyat infrastrukturu vətəndaşlarımızın rahatlığı və təhlükəsizliyi üçündür. Bu sahəyə məsul dövlət qurumu olaraq, Agentlik tərəfindən müvafiq addımlar atılır. Cari ilin ötən dövründə 30-dan artıq dayanacaq pavilyonu təmir edilib. Beş il ərzində isə 1200-ə yaxın dayanacaq pavilyonu təmir edilib”.

Məlumatda bəzi hallarda avtobus dayanacaqlarının yol nəqliyyat hadisələri nəticəsində yararsız hala düşdüyü də qeyd edilib:

“Təəssüflə bildirməliyəm ki, bəzi hallarda avtobus dayanacaq pavilyonlarının şüşə üzlüklərinin, oturacaqlarının ayrı-ayrı şəxslər tərəfindən yararsız hala salınmasının şahidi oluruq. Daha çox ətraf kənd və qəsəbələr üzrə qeydə alınan belə hallara bəzi məqamlarda şəhər mərkəzində də rast gəlirik. Bununla yanaşı, baş verən yol nəqliyyat hadisəsi və ya küləkli hava şəraiti nəticəsində də avtobus dayanacaq pavilyonlarının yararsız hala düşməsinin şahidi oluruq. Bu cür hallar müəyyən edildikdən sonra qısa zamanda pavilyon təmir edilərək təhlükəsiz şəkildə sərnişinlərimizin istifadəsinə verilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar