Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

130 min vergi borcu olan şirkət Təhsil Nazirliyindən 6,5 milyon manatlıq tenderi necə “udub”?

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən 3 açıq tender müsabiqəsini qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibləri “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən Təhsil Nazirliyi:

– “Mühəndislik Tikinti Təchizat” MMC-yə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı avadanlıqların alınıb-quraşdırılması üçün 4 milyon 894 min 49 manat 88 qəpik;


– “Simplex” QSC-yə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üçün 6 milyon 483 min 790 manat 47 qəpik;

– “Element YT” MMC-yə isə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması üçün 13 milyon 99 min 713 manat 90 qəpik ödəyəcək.

Nazirliyin 24 milyon 477,5 min manatlıq tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, tenderin qalibi olan “Simplex” QSC-nin (VÖEN- 2601600121) dövlət büdcəsinə böyük həcmdə – 130 min 148 manat 60 qəpik borcu var.

Qeyd edək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi tender müsabiqəsini bu il iyul ayının 8-də elan edib. Sənəd qəbulu avqust ayının 25-də başa çatıb. 130 min manat vergi borcu olan şirkətin tenderdə necə iştirak etdiyini və bu qədər borcun hansı tarixlərə aid olduğuna aydınlıq gətirmək üçün həm Təhsil Nazirliyi, həm də “Simplex” QSC ilə əlaqə saxlamağa cəhd etsək də telefon zənglərimizə cavab verən olmadı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar