Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İcra başçısı oğlunun köməkliyilə mənə cinayət işi açdırdı" - Göyçayın icra başçısından şikayət

"250 min manatı mən yox, Mehdi Səlimzadə mənimsəyib..."

Göyçay rayonu Qarayazı kənd sakini, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda Göyçayın icra başçısına qarşı müxtəlif ittihamlar irəli sürüb.

Şikayətçi bildirir ki, başçının törətdiyi cinayəti onun üzərinə atıblar və şərləyərək həbs ediblər: “Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin törətdiyi cinayətə görə məni şərləyib həbs ediblər. Bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam. Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlarım var.”

Şikayətçi bildirir ki, onun rəhbərlik etdiyi idarəyə M.Səlimzadənin tapşırığı ilə əlavə işçilər qəbul olunub: “Mən 2015-ci ildə Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilmişəm. Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunub. Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslərin adları işdə getsə də, özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb. Əgər istintaq düzgün aparılarsa, bu, sübut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar Təmizlik İdarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza atıblar. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü atıb. Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Lakin onlar hazırda qorxularından susurlar. Ancaq ortada konkret subutlar var. Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdim deyə məni qanunsuz olaraq işdən çıxardı. İşimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim. Ağdaş rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. 17 sentyabr 2021-ci il tarixdə cinayət işi üzrə hazırlıq məhkəməsi keçirildi.”

Loğman Əliyev

Loğman Əliyev ona qarşı edilən haqsızlığa görə aclıq aksiyasına başladığını deyir: “Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başladığımı elan etdim. Bir daha mətbuat vasitəsi ilə elan edirəm ki, cinayət ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib. Buna dair konkret və mötəbər sübutlar var. Bu gün həbsdə mən yox Mehdi Səlimzadə olmalıdır.
Həmin pullar hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsilə Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.”

Sonda şikayətçi ölkə rəhbərliyinə müraciət edərək, haqq-ədalətin bərpa olunmasını xahiş edir: “Mən mətbuat vasitəsilə Prezident İlham Əliyev və Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm ki, mənim şikayətim obyektiv araşdırılsın. Törətdiyi ağır cinayətə görə həbsdə mən yox, Mehdi Səlimzadə özü olmalıdır.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar