Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran-Bakı dostluğunu qorumaq lazımdır

İranın Bakıdakı sabiq səfiri Mohsen Pakayin Azərbaycan prezidenti İlham Əliyevin İbrahim Rəisini İranın dövlət başçısı seçilməsi münasibəti ilə təbrik etmiş ilk qonşu dövlət liderlərindən olduğunu bildirib. O, xatırladır ki, Azərbaycan Rəisinin andiçmə mərasimində parlamentin spikeri səviyyəsində təmsil olunub.

İlham Əliyev İbrahim Rəisiyə ünvanladığı təbrik məktubunda iki ölkənin ortaq tarixi, mədəni və dini cəhətlərinə toxunaraq, Bakı-Tehran münasibətlərini strateji münasibətlər kimi qiymətləndirib.

“Birgə Komissiyanın fəaliyyəti və qarşılıqlı səfərlər iki ölkə arasındakı əlaqələrin səviyyəsinin yüksəlməsində son dərəcə əhəmiyyətli rol oynayır. Məktubda Azərbaycanın tarixi və əbədi torpaqlarının azad edilməsindən və iki ölkə arasındakı sərhədlərin bərpasından da bəhs edilir, bildirilir ki, yeni vəziyyət regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar açıb”, - deyə Pakayin xatırladıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iranlı həmkarı Hüseyn Əmir-Abdullahianı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən ilk nazirlərdəndir. O, İranın yeni xarici işlər naziri ilə telefon danışığında iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, İranın Azərbaycanın işğaldan azad edilmiş rayonlarının yenidən qurulmasında daha fəal iştirakını, eləcə də tranzit sahəsində əməkdaşlığın daha da genişlənməsini istəyib. Əmir Abdullahian da ölkəsinin Azərbaycanın azad edilmiş rayonlarının bərpasında iştirak etməyə hazır olduğunu qeyd edib.

Ümumiyyətlə, İrandakı hökumət dəyişikliyi Azərbaycan mediasında və ictimaiyyətində müsbət reaksiyalara səbəb olub. Azərbaycan KİV-də yer alan məqalələrdən, siyasi ekspertlərin açıqlamalarından da anlaşıldığı kimi, İranın 13-cü hökumətinin qonşu ölkələrlə əməkdaşlıq imkanlarından istifadə etmək, xüsusən də iqtisadi sahədə qarşılıqlı əlaqələri gücləndirmək, bölgədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində addımlar atmaq niyyəti Bakıda da alqışlanır.

Yeni hökumətin elan etdiyi siyasi kurs Azərbaycanla münasibətlərə xüsusi diqqət yetiriləcəyini göstərir. Odur ki, Rəşt-Astara dəmir yolunun tikintisinin tezliklə başa çatdırılacağını, bank sahəsində əməkdaşlığın möhkəmləndiriləcəyini, Xəzər dənizində xüsusilə enerji və ticarət əlaqələrinin inkişafı baxımından müsbət addımların atılacağını gözləmək olar.

Bütün bunların fonunda bəzi trans-regional aktorlar, millətçilər və onlara bağlı media qurumları son həftələrdə İran-Azərbaycan münasibətlərini zəiflətmək məqsədi ilə anlaşılmazlıq yaratmağa çalışır. Təəssüf ki, bəzən Azərbaycanın az sayda da olsa media orqanı bu oyuna alət olur, əsassız xəbərlər yayımlayaraq, iki ölkə münasibətlərinin düşmənlərinin dəyirmanına su tökür. Məsələn, İran rəsmiləri buradan Qarabağa yük maşınlarının gedib-gəldiyinə dair xəbərləri dəfələrlə təkzib etsələr də, həmin media qurumları iki ölkə arasında əlaqələri zəiflətmək üçün davamlı olaraq bu mövzunu qabardır.

Başqa sözlə, qeyri-rəsmi kanallara istinad etmək, iki ölkə arasındakı münasibətlərin əleyhinə təbliğat aparmaq bu münasibətlərin xeyrinə deyil.

İran İslam Respublikasının Qarabağ münaqişəsi ilə bağlı mövqeyi və xüsusən İranın ali rəhbərinin bununla bağlı bəyanatı tam prinsipialdır. Beynəlxalq normalara söykənən Tehran Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqeyi dəyişməz olan İran Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirmək əzmindədir.

(Fars dilindən tərcümə - WorldMedia.Az, Mənbə: KHABARONLINE)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar