Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binası açılışa hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.

Yüz yetmiş bir metr yüksəklikdə və iyirmi min kvadratmetrlik ərazidə inşa edilən bina Səlcuqlu və Osmanlı memarlığından ilhamlanaraq ənənəvi türk memarlıq motivlərini özündə daşıyır və lalə şəklində inşa edilib.

“Türk evi” binasının Nyu-Yorkun simvolu hesab olunan binalarından biri olması hədəf seçilib.

İki yüz nəfərlik auditoriya, toplantı və sərgi salonları olan binanın inşasını Türkiyə - ABŞ ortaq şirkəti həyata keçirib.

Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən anbar sistemi və yaşıl bina sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin də, “Türk evi” binasına köçürülməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar