Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fransa prezidentini Hitlerə bənzədən şəxs cəzalandırıldı

Fransada Prezidenti Emmanuel Makronu Adolf Hitlerə bənzədən aktivist Mişel-Anj Flori cəzalandırılıb. Bu xəbəri “Euronews” yayıb. Məlumata əsasən, Fransanın Tulon şəhərinin məhkəməsi 62 yaşlı aktivist Mişel-Anj Florini reklam lövhəsində Emmanuel Makronu Adolf Hitlerə bənzətdiyinə görə 10 min avro həcmində cərimə ödəməyə məhkum edib.

Bildirilir ki, aktivist dövlət başçısını açıq şəkildə təhqir etməkdə təqsirli bilinib. Mişel-Anj Flori isə öz növbəsində hökmdən narazıdır və məhkəməyə şikayət etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmə onun karikatura hüququnu pozub.

Qeyd edək ki, Makron iyul ayının sonunda reklam lövhəsinin müəllifini məhkəməyə verib. Bu zaman Tulon şəhərinin küçələrində üzərində Hitlerə bənzədilən Makronun şəkli olan reklam lövhəsi peyda olmuşdu. Lövhənin üzərində Makronun şəkli ilə yanaşı “İtaət et. Peyvənd ol” yazısı da həkk olunmuşdu. Mişel-Anj Flori bununla ölkədə koronavirus əleyhinə məhdudiyyətlərin sərtləşdirilməsinə və sanitar pasportlara öz etirazını bildirmişdi. (Qafqazinfo)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Ermənilər Şuşa ətrafına ağır texnikalar yığır

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

"Azərbaycan kişisinin arvad tərəfə yıxılması tarixi o vaxtdan başlayır"

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Azərbaycanda yaşayış minimumunun məbləği artırlır

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar