Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan gömrükçüləri 133 kq narkotik vasitə aşkarlayıb

Azərbaycan gömrükçüləri iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısını alıb.

PİA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Naxçıvan MR-dan tranzit keçməklə Türkiyəyə gedən, həmin ölkə vətəndaşının idarə etdiyi 76DH649/76DH114 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində 26 kisədə, ümumi çəkisi 19230 kiloqram olan qara rəngli süngər (pemza) daşı yükünün içində 68 kiloqram 390 qram narkotik vasitə - tiryək aşkar edilib.

Həmin nəqliyyat vasitəsinin ardınca muxtar respublikadan tranzit keçməklə Türkiyəyə getmək üçün giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, qonşu ölkə vətəndaşının idarə etdiyi 76DF619/76DH576 dövlət nömrə nişanlı “Man” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə 26 kisədə, ümumi çəkisi 19790 kiloqram olan qara rəngli süngər daşlarının içindən 65 kiloqram 020 qram narkotik vasitə - tiryək aşkarlanıb.

Hər iki fakt üzrə oxşar gizlətmə üsulundan istifadə edilib. Belə ki, ümumi çəkisi 133,4 kq olan narkotik vasitə qarışdırıldığı süngər daşları ilə eyni formaya salınmaqla aşkarlanması çətinləşdirilmiş halda olub.

Qeyd olunan faktlarla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.

 

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Ortada yeyib, qıraqda gəzən Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu

“Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, məni də ağzımdan vurdu...” - Qətlin yeganə şahidi

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İrandan Ərdoğanın açıqlamasına reaksiya: “Etnik xalqlardan qorxmaq...”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay