Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN təhsil müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib - Foto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə Dövlət Universitetində və Şəmkir rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına 2 nömrəli tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Yevlax şəhər 4 nömrəli, Tərtər şəhər 1 nömrəli, Goranboy şəhər 1 və 2 nömrəli, Göyçay şəhər 2 nömrəli, Kürdəmir rayon Yenikənd kənd tam orta məktəblərində və Ucar şəhər 1 nömrəli məktəb-liseydə yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

PİA.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdikləri tədbirlərdə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrinin iş üslübü, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı şagirdlərin təxliyyəsi barədə danışılıb, FHN-in “112” qaynar telefon xətti barədə geniş məlumat verilib. Cavabdeh şəxslərin diqqətinə çatdırılıb ki, ərazilər daim təmiz saxlanılmalı, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmçinin, tədbirlərdə yanğın zamanı davranış qaydaları barədə kollektivin məlumatlı olmasının, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Fotolar

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar