Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Aİ-nin xüsusi nümayəndəsi ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub - Yenilənib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına baş çəkib.

“Report” xəbər verir ki, diplomat ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub.

Avropa İttifaqının elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər barədə geniş məlumat verib.

Daha sonra Aİ-nin xüsusi nümayəndəsi Şəhidlər xiyabanına və işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib.

***

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna gəlib.

PİA.az xəbər verir ki, səfər zamanı Aİ nümayəndəsi Qarabağın Ermənistan tərəfindən 30 illik işğalının fəsadları ilə tanış olacaq.

Xatırladaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

FHN generalından Prezidentə şikayət: “Şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir, bizi isə hədələyir”

Milli Məclisin oliqarx deputatları: “TOP-10″da kimlər var?

Polis Sevda Yəhyayevanın toyunda reyd keçirdi - Fotolar

İmmunitet gücləndirən vitaminlər - Payızda qəbul etməlisiz

Qızına Fransada 30 milyonluq villa tikən icra başçısı şəhid anasını intihara vadar edib - Video, Foto

Zümrüd Yağmurun bacısı danışıb, faktları açıqlayıb – Video

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar - Foto, Yenilənib

Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi - Aəzrbaycanda şok hadisə

Azərbaycan və Türkiyə prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər - Video, Yenilənib

Ən çox oxunanalar