Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa Birliyi öz şəxsi ordusunu yaratmaq niyyətindədir

Avropa Birliyi (AB) müdafiə məsələlərində ABŞ-a ehtiyac duymamaq üçün öz şəxsi ordusunu yaratmaq niyyətindədir.

APA “Daily Mail”ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

O, Əfqanıstan hökumətinin “Taliban” hərəkatı sayəsində süqutundan narahatlığını çatdırıb və qeyd edib ki, bu hadisə təkcə NATO blokunu deyil, həm də AB-yə daxil olan ölkələri də ciddi suallar qarşısında qoyur.

Avropa Komissiyasının rəhbəri Avropa Müdafiə Birliyinin yaradılması işlərinin sürətləndirilməsini tələb edib. Onun sözlərinə görə, bunun üçün yeni hərbi birləşmələr yaratmağa ehtiyac yoxdur, çünki onlar çoxdan mövcuddur. Fon der Leyen qeyd edib ki, birliyin ABŞNATO-nun köməyi olmadan beynəlxalq məsələlərdə hərbi vasitələrdən istifadə etməsi üçün kifayət qədər siyasi iradəyə sahib olması vacibdir.

“Yeni səviyyəyə keçməyin artıq vaxtıdır”, - Avropa Komissiyasının rəhbəri belə deyib.

Fon der Leyenin fikrinə görə, AB öz ərazilərində və onun xaricində daha çox sabitlik təmin etməli, eləcə də Şimali Atlantika alyansının və ya BMT-nin təşəbbüsü olmadan missiyalarda iştirak etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Qarabağdakı erməni silahlıları tərksilah edilir - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

Putin Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına münasibət bildirib

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Ən çox oxunanalar