Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Abşeronda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıb - Video

Abşeron rayonu Xırdalan şəhərindən vətəndaş Samir Quıiyevə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib “Mersedes” markalı avtomobilini və 1 ədəd mobil telefonunu əlindən alıblar. Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublər. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləıri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Xırdalan şəhəri ərazisində Namiq Mikayılzadə və qardaşı Rəhimə qarşı zor tətbiq edərək, üzərlərində olan bıçaqla onları hədələyib 180 manat pullarını alan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Araşdırma zamnı müəyyən edilib ki, bu şəxslər zərərçəkən qardaşların olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib pulları quldurluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ciayət işləri başlanılıb. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan"

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Ən çox oxunanalar