Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vaşinqtonun Çinə qarşı yeni ittifaqı sülhü, yoxsa müharibəni yaxınlaşdırır?

ABŞ, Böyük Britaniya və Avstraliya Sakit okean bölgəsində üçlü ittifaq yaratdıqlarını bəyan ediblər. Məqsəd Çinin artan təsirinə və Pekinin Tayvanı ələ keçirmək planlarına qarşı müqaviməti gücləndirməkdir. Bu məqsədlə ABŞ prezidenti Co Baydenlə Böyük Britaniyanın baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skot Morrison arasında sentyabrın 15-də onlayn təqdim həyata keçirilib. 3 ölkənin lideri ittifaqın yaradılığını dünyaya onlayn formada elan ediblər.

Bayden çıxışında birbaşa Çinin adını çəkmədən Hind və Sakit okean bölgəsində sülh və sabitliyin formalaşmasına çalışacaqlarını bildirib. Vaşinqton bu çərçivədə Avstraliyaya müasir texnologilayalar təqdim edəcək. Bunların arasında Amerikanın Avstraliyaya atom sualtı gəmi istehsalında yardımı da var. Buna baxmayaraq, Vaşinqton “nüvə silahının yayılmaması pripnsipinə” sadiq qalaraq Avstraliyaya nüvə silahı verməyəcək.

Bəs atom sualtı gəmi Avtstraliya üçün niyə əhəmiyyətlidir?

Məsələ burasındadır ki, Çinin nüvə texnologiyalarına əsaslanan sualtı gəmilərinin sayı ildən-ilə artır və onlar ətraf ölkələr üçün təhlükə mənbəyidir. Ona görə də Amerika Avtrsliyaya atom sualtı gəmilərinin istehsalında dəstək vədi verib. İl yarım ərzində həmin gəmilərin okeana buraxılması nəzərdə tutulub.

Bu arada, Avtraliya Fransa ilə müqavilədən imtina edib. Dəyəri 56 milyard dollar olan həmin müqaviləyə görə Fransa Avstraliyaya 12 sualtı gəmi satmalı idi. Ancaq həmin sualtı gəmilər nüvə mühərrikləri əsasında işləməyəcəkdi.

Avstraliyanın baş naziri Skot Morrison Fransa ilə müqavilədən imtinasını belə izah edib ki, bölgədə vəziyyət sürətlə dəyişir. Avstraliyanın Fransanı Amerika ilə əvəz etməsinin üstünlüyü anlaşılandır. Birincisi, Avstraliya sualtı gəmiləri öz ərazisində istehsal edəcək. Bu yeni iş yerləri və maliyyənin ölkədə qalmasıdır. İkincisi, həmin gəmilər Amerika texnologiyaları əsasında nüvə texnologiyasına əsaslanacaq. Avstraliya Amerikadan uzaq mənzilli raketlər almağı da planlaşdırır. Bunun da hədəfi Çindir.

Pekin yeni formalaşan ABŞ, Böyük Britaniya və Avstraliya üçlüyünü tənqid edib. Pekin yeni ittifaqı üçüncü ölkələrə qarşı (əslində özünə qarşı) yönələcəyini, bunun isə bölgədə yeni “soyuq müharibəyə” səbəb olacağını vurğulayıb.

Bu arada, Vaşinqton Tayvanın ABŞ-dakı nümayəndələyinin statusunu artırmağa qərar verib. Əvvəlki illərdə nümayəndəlik iqtisadi və mədəniyyət əlaqələri ilə məşğul olurdu. İndi isə nümayəndəliyin siyasi çəkisi artıb. Pekin buna da dərhal reaksiya verib. Çin Xarici İşlər Nazirliyi açıqlama yayaraq Amerikadakı nümayəndəliyin statusunun artırılmasını Tayvandakı radikal qüvvələrə yanlış işarə olacağı vurğulanıb.

Çin Tayvanı öz ərazisi sayır. Amerikanın siyasəti isə fərqlidir. Çinin bölgədə artan gücü yaxın gələcəkdə Tayvanın taleyini həll etmək iqtidarındadır. Bu baş verəcəyi halda bölgədə müharibə ehtimalı artacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Ortada yeyib, qıraqda gəzən Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu

“Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, məni də ağzımdan vurdu...” - Qətlin yeganə şahidi

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay