Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb - Foto

“Nizami Gəncəvi İli” çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və Orta əsr Şərqinin fikir adamı Nizami Gəncəvinin abidəsinin açılışı baş tutub.

Azərbaycanın Xarkov şəhərindəki konsulluğundan APA-ya verilən xəbərə görə, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, azərbaycanlı Katib Məmmədovdur.

Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.

Abidənin açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Rüfət Quliyev və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iştirak edib.

Abidənin yerləşdiyi park Dəmiryolu Universiteti və Aqrar Universitetin arasında yerləşir.

Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Filarmoniyasının Orqan zalında Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfonik musiqi konserti də keçirilib. Konsertin dirijoru Yalçın Adıgözəlov olub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan"

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Ən çox oxunanalar