Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

BMT-nin iclasında Oxçuçay problemi qaldırıldı

Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun (GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümumi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə institutun əməkdaşı Noah Curry çıxış edib.

Qurumun verdiyi bəyanatda deyilir ki, “GIWEH” bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır.

Rio bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə edilib.

Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Ən çox oxunanalar