Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qardaş Briqada” layihəsi: Azərbaycan ordusunun birliyi Türkiyədə təlim keçir

Bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi özünün Twitter səhifəsində “Qardaş Briqada” layihəsi çərçivəsində Türkiyəyə göndərilən Azərbaycan hərbi birliyinin təlimləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, birliyin təlimləri Çanaqqaladakı 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığında davam edir. Xəbərə təlimlərdən fotolar da əlavə edilib.

Qeyd edək ki, ilin əvvəlindən etibarən Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə döyüş təlimlərinə dair az qala hər həftə yeni xəbərlər yayılır. Məsələn, Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının bu günlərdə laçında keçirilən təlimləri başa çatıb. İki ölkənin hərbi hava qüvvələrinin “TurAz Şahini-2021” təlimləri isə hazırda Türkiyədə davam etməkdədir.

“Qardaş Briqada” layihəsi isə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusunun birliklərinə hazırlıq keçməsinə yönəlmiş layihədir. Bu layihə barədə ötən ay Türkiyənin Müdafiə Nazirliyi yayıb. Belə ki, avqustun 20-də Tekirdağ bölgəsinin Çorlu Atatürk Hava Limanı ərazisində yerləşən Çorlu Hava Meydan Komandanlığı aerodromuna Azərbaycan Müdafiə Nazirliyinin İl-76TD tipli hərbi-nəqliyyat təyyarəsi enib. Həmin təyyarə Azərbaycan ordusunun hərbi birliyinin personalını daşıyırdı və onlar daha sonra Çorludan Geliboluya aparılıblar.

Türkiyənin Milli Müdafiə Nazirliyi bununla bağlı yaydığı mesajında bildirib: “İki dövlət, bir millət anlayışı ilə tək yumruq olmağa davam edirik. “Qardaş Briqada” layihəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin mənsubu olan qardaşlarımız Geliboluya gəldi”.

Bu layihə barədə növbəti məlumatı Türkiyənin Müdafiə Nazirliyi sentyabrın 5-də yayıb. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin analitik-zabiti, kapitan Pınar Kara keçirdiyi brifinqdə Azərbaycanla Türkiyə arasında “Qardaş Briqada” layihəsinin başladıldığını bildirib.

Zabit deyib: “Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq anlaşmaları çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernizasiyasına və tədris-təlim fəaliyyətlərinə dəstək verməyə davam etməkdədir. Bu çərçivədə Türkiyə ilə Azərbaycan arasında ortaq fəaliyyətin təmin edilməsinə, tədrisin planlaşdırılmasına, idarə edilməsinə yönəlmiş “Qardaş Briqada” layihəsi başladılıb. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin personalı ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin əsasında ortaq təlim və tədris fəaliyyətləri davam etdirilir. “İki dövlət, tək millət” anlayışı ilə kədəri və sevinci ilə bərabər olduğumuz Azərbaycan Türkü qardaşlarımızın haqlı mübarizələrində bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”.

Azərbaycan Müdafiə Nazirliyinin bülletenlərində “Qardaş Briqada” layihəsi haqda xəbərə rast gəlinmir. Lakin məlumdur ki, prezident İlham Əliyev 44 günlük Qarabağ müharibəsinin ardınca Azərbaycan ordusunun Türkiyə ordusu modelində yenidən formalaşdırılacağını, daha da modernizasiya ediləcəyini və ən yeni silahlarla təchizatının davam etdiriləcəyini bəyan edib. Bu plan çərçivəsində Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin personalı qruplar halında Türkiyəyə aparılır və orada tədris prosesinə cəlb edilir. Məsələn, bir neçə gün əvvəl Türkiyənin Müdafiə Nazirliyi bu ölkənin Hava Qüvvələri Komandanlığının Azərbaycan ordusunun personalına xüsusi “Ön Hava Nəzarəti” təlimləri keçdiyini bəyan edib.

Qeyd: Ön hava nəzarəti dedikdə döyüşən qüvvələrə yaxın hava dəstəyi verən hücum vertolyotları və təyyarələri tərəfindən təyin edilmiş hədəflərin vurulmasına, bu zaman dost qüvvələrə zərər verilməməsinə yönəlmiş döyüş fəaliyyətləri nəzərdə tutulur. Bu vəzifə Ön Hava Nəzarəti (Forward Air Controller) tərəfindən yerinə yetirilir. Ön cəbhə üzərində hava məkanında hərəkətə nəzarət edən dispetçerin əsas funksiyası cəbhə xətti üzərində hava hərəkətini nizamlamaq, qoşunlara yaxın hava dəstəyinin göstərilməsi zamanı dost qüvvələri bu zərbələrdən qorumaqdır.

Habelə ilin əvvəlindən bəri dəfələrlə Azərbaycan xüsusi təyinatlılarının qruplar halında Türkiyə ordusunun komandos hazırlığı mərkəzlərində təlim keçdiyi haqda məlumatlar açıqlanıb. İndi isə “Qardaş Briqada” layihəsi bütöv hərbi birliyin (indiki halda briqadalar) tamamilə Türkiyə ordusu standartlarında hazırlığına yönəlib. Başqa sözlə, Türkiyə Azərbaycan üçün öz ordusunun modelində yeni ordu qurur və proses intensiv şəkildə davam edir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar