Bazar ertəsi, 20 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Batya Moskvaya niyə gedib?

“Putin Belarusla Rusiyanı birləşdirmək, Lukaşenko isə onu şantaj edib pul almaq istəyir”...

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.
 
Ovqat.com-un məlumatına görə, onun Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. 
 
Putin görüşdən əvvəl mediaya verdiyi açıqlamada vurğulayıb ki, Lukaşenko onun dəvəti ilə Moskvaya gəlib. Səfərin məqsəd isə son illərdə müzakirə etdikləri İttifaq Dövlətinin qurulması işini yekunlaşdırmaqdır. 
 
Qeyd edək ki, Belarusla Rusiyanın birləşməsini nəzərdə tutuan İttifaq Dövləti konsepsiyası yeni ideya deyil. İttifaqın qurulması barədə müqavilə və onun Nizamnaməsi 1997-ci ildə hazırlanıb. 1999-cu il dekabrın 8-də İttifaq dövlətinin yaradılması haqqında dövlətlərarası müqaviləyə imza atılıb, müqavilənin həyata keçirilməsi üçün fəaliyyət proqramı qəbul edilib. Sənəd 2000-ci ilin yanvarında hər iki ölkə parlamentləri tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Müqaviləyə uyğun olaraq İttifaq Dövlətinin Ali Dövlət Şurası, Nazirlər Şurası, Daimi Komitəsi və Parlament Məclisi belə, yaradılıb. Bağlanan müqavilələrdə iqtisadiyyatdan tutmuş vahid pensiya təminatına, hərbi sistemlərinin birgə fəaliyyətinə qədər 10-larla müqavilələr bağlanıb. Di gəl ki, bütün bu sənədlər göydən asılı vəziyyətdə qalıb. Yalnız vahid gömrük məkanı və azad ticarət zonası yaradılıb ki, bu da əslində Avrasiya İqtisadi Birliyinin tələbidir.


 
Artıq 25 ildir müzakirə edilib heç cür baş tutmayan İttifaq Dövləti ideyasının uğursuzluğu Lukaşenkonun “siyasi dühası” ilə izah oluna bilər. Belarus Prezidenti bu kartdan istifadə edərək həm Rusiyaya, həm də Avropaya təzyiqlər göstərərək ölkəsinə əməlli-başlı iqtisadi dividendlər, ödənməyən böyük kreditlər qazandırıb. 
 
Bununla belə, Minskin manevr imkanları da get-gedə tükənmək üzrədir. Qərb ölkələri artıq Lukaşenkoya inanmır, ötən il keçirilən seçkilərdə onun əsas rəqibi kimi iştirak edən Svetlana Tixanovskayanı Belarus lideri kimi qarşılayır və onunla hesablaşırlar. Lukaşenkonun isə Rusiyanın ağuşuna sığınmaqdan başqa çarəsi qalmayıb. 
 
Bəs Putin, həmkarının bu zəifliyindən istifadə edib Belarusu, nəhayət ki, Rusiyaya bağlaya biləcəkmi?
 
Belaruslu politoloq Dmitri Bolkunets buna inanmır. Onun sözlərinə görə, təkcə bu il iki lider 5 dəfə görüşüb. Hər dəfə də İttifaq Dövləti barədə yekun qərarın verilməsi gözlənilib. Amma vəziyyət hələ də dəyişməyib.
 
"Düşünürəm ki, Putinin Duma seçkilərindən əvvəl bu səfərə daha çox ehtiyacı var. Putin xarici siyasət sahəsində xalqa hansısa qələbə çaldığını nümayiş etdirmək istəyir. Görünür, Lukaşenko da Belarusdan bir artist kimi qardaşlıq, xalqların dostluğu və birliyi, inteqrasiya və yol xəritəsi haqqında gözəl mahnı oxumaq üçün Moskvaya gətirilib”, - Bolkunets NSN nəşrinə açıqlamasında belə deyib.


Dmitri Bolkunets
 
Politoloqun fikrincə, iki dövlət arasında inteqrasiya mövzusu həmişə actual olub və adətən Rusiyada keçirilən seçkilərdən əvvəl çox tez -tez gündəmə gətirilir: “Həm prezident seçkilərindən əvvəl, həm Yeltsinin olduğu vaxtlarda, həm də 1999 -cu il Duma seçkilərindən əvvəl eyni hava çalındı. Ancaq indi bu şoular - Lukaşenkanı hakim partiyanı dəstəkləmək üçün Moskvaya aktyor kimi gətirmək işə yaramayacaq. Məncə, Rusiya cəmiyyətində də Lukaşenkanın heç bir nüfuzu qalmayıb və bu cür tamaşalar əks-effekt verə bilər. Düşünürəm ki, bu, yanlış taktikadır ”, - deyə politoloq qeyd edib.
 
Bolkunetsin sözlərinə görə, Lukaşenko bu səfərində də “yaxşı vəsait əldə etmək” üçün Rusiya rəhbərliyini şantaj etməyə çalışacaq.
 
“Heç kimlə heç nə imzalanmayacaq. İnanmıram ki, Lukaşenko pul almayana nəyəsə imza atsın. Lukaşenkonun "çoxvektorlu" oyunbazlığını davam etdirdiyini nəzərə alsaq, Kremlin də ona əlavə vəsait ayıracağından əmin deyiləm”. 
 
Politoloqun fikrincə, Lukaşenkonun klassik siyasəti bəllidir və bundan ibarətdir: “qonşularınıza pislik etmək, Kremli qıcıqlandırmaq və maliyyə almaq. O, siyasəti belə başa düşür. Lukaşenkaya pul verilməzsə, heç vaxt heç nə etməz, danışıqlar belə aparmaz. Üstəlik, o, qarşılıqsız pul istəyir. Rusiya isə ondan əvvəl götürdüyü öhdəlikləri yerinə yetirməyə başlamasını tələb edir. 22 ildir bu barədə danışırlar, 22 ildir bu mövzu müzakirə olunur. Artıq yol xəritələri belə hazırdır və inteqrasiyanın müzakirə edildiyi yüzdən çox görüş olub, bunların hamısı boş sözlərdir”. 

Şəkildə: “Batya” öhdəlikləri yerinə yetirmək əvəzinə “konsert” verir (Soçi, 15 sentyabr 2020)

Bolkunets vurğulayıb ki, belarus lider Qərblə münasibətdə də eyni siyasi xətt tutur: “Guya danışıqlar aparır, Qərbi miqrantlarla, siqaret qaçaqmalçılığı ilə şantaj edir və sanksiyaların ləğv olunmasını istəyir. Qərbin təsir orbitinə yenidən qayıtmaq arzusu da var. Baxmayaraq ki, mənim fikrimcə, hazırda bu, mümkün deyil”.
 
Belaruslu politoloqun fikrincə, budəfəki görüşdə Lukaşenkoun yeganə fərqli bəhanəsi Əfqanıstandakı vəziyyətlə bağlı olacaq:
 
Prezidentlərin Əfqanıstanla bağlı mövqeyi, çox güman ki, üst -üstə düşəcək. Əfqanıstandakı mövcud vəziyyət Lukaşenko üçün çox faydalı oldu. Çünki Qərb ölkələrinin, xüsusən ABŞ -ın diqqəti Belarusdan uzaqlaşdı. Üstəlik, Lukaşenko miqrantlardan istifadə edərək onları Avropaya köçürə bilər. Böhran onun üçün çox faydalıdır”.
 
Bir sözlə, Dmitri Bolkunets Putin-Lukaşenko görüşünün hər hansı nəticəsinin olacağına inanmır. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İrandan Azərbaycana təhdid: “Şirin quyruğu ilə oynamayın”

"İran Azərbaycana öz şiələrini yerləşdirir, dövlət çevrilişi etmək istəyir" - Rəsul Quliyev

“RİA Novosti” yazdı və sildi: Ermənilər Xocavənddən, Ağdərədən və Xocalıdan çıxarılır?..

Tədris zamanı aşağı nəticə, amma qəbulda yüksək bal... - Və Təhsil Nazirliyinin qəribə açıqlaması...

“Azərbaycan tezliklə Laçın dəhlizinə nəzarəti tam ələ aıacaq” - Deputat

Prezidentə müraciət: “50 min manat verib qardaşımı çıxardım, amma…”

"Əhalinin qazancından, dolanışığından xəbərləri yoxdurmu?" - Deputat

62 ermənini əsir götürüb “Cücələrim” mahnısı oxutduran XTQ igidimiz — Video

"Virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var" - HƏKİM

AUKUS Avropanı dağıdır: “sağ qalmaq” üçün nə edək?

Ən çox oxunanalar