Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı NATO-dan kənarda müdafiə sistemi yaradır... - ABŞ və AB fərqli istiqamətə yönlənirlər?

Əfqanıstanda baş verənlərdən sonra Aİ artıq NATO-ya belə güvənmir və belə görünür ki, ABŞ-ın Atlantik dünyasının müdafiə sistemində dominant rolu ortadan qalxır. Ümumiyyətlə Aİ-nin NATO-dan kənarda müdafiə sistemi yaratması dünyadakı balansı və geosiyasi dəyərləndirmələri necə dəyişə bilər?..

Siyasi şərhçi: “Cozef Barrelin bəyanatının arxasında hansısa konkret planların dayandığını düşünmürəm. Çünki Avroatlantik müdafiə və təhlükəsizlik sistemi, yəni NATO ciddi təhlükəsizlik blokudur”.

“Ola bilsin ki, NATO daxilində ABŞ-la Avropa Birliyi ölkələri arasında hansısa ziddiyyətlər var. Buna görə də Avropa Birliyində belə bir fikir ortaya atılıb ki, ABŞ-ın diqqəti daha çox Avropaya yönəlsin və yeni bir sövdələşmə gündəmə gəlsin”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Avropa İttifaqının şəxsi müdafiə sisteminin yaradılması zərurətinin ortaya çıxması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib ki, “ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyətdən sonra Avropa İttifaqının (Aİ) şəxsi müdafiə sisteminin yaradılması zərurəti ortaya çıxdı”.

Qeyd edək ki, bir neçə il əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa Birliyinin ordusunu yaratmaq barədə təklif irəli sürmüş, lakin bu təklif ABŞ tərəfindən demək olar ki, bloklanmışdı. Bir çox Avropa ölkələr isə Makronun bu təklifinə heç də isti baxmamışdı. Çünki ABŞ-ın dominant rol oynadığı NATO Avropanın təhlükəsizliyi üçün var olduğu halda paralel olaraq ikinci bir təhlükəsizlik sisteminin formalaşdırılması bəzi ittifaq dövlətləri üçün məntiqli olmadığı kimi, eyni zamanda əlavə və gərəksiz xərc kimi görünürdü. Nəzərə almaq lazımdır ki, NATO-dan başqa hər bir ittifaq dövlətinin özünün də güclü ordusu var. Makronun bu təklifi isə əsasən Fransanın ABŞ qədər Avropada dominant rola sahib olmaq cəhdi kimi görünürdü.

Lakin Əfqanıstanda baş verənlərdən sonra vəziyyət dəyişmiş kimi görünür. Avropa İttifaqına daxil olan ölklərin müdafiə nazirlərinin Sloveniyada keçirilən qeyri-rəsmi görüşündə Avropanın ABŞ-dan kənarda t\hlükəsizlik sisteminin yaradılması məsələsi müzakirə olunub. Müzakirələrin nətəcələri haqqında ciddi informasiyalar olmasa da, bu müzakirələrin başladılması belə, Avropada ABŞ-a olan inam və etimadın sarsılmasından xəbər verir. Müzakirələrdən sonra ittifaqın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin Aİ-nin şəxsi müdafiə sisteminin yaradılması zərurəti ilə bağlı bəyanat verməsi ondan xəbər verir ki, artıq Aİ ciddi şəkildə ABŞ-dan kənarda özünün müdafiə sistemini formalaşdırmaq barədə düşünür. Bu isə əslində Atlantik Alyansının parçalanması və yeni reallıqların ortaya çıxmasından xəbər verir.

Əfqanıstandan sonra baş verənlərin fonunda Aİ rəsmisinin açıqlamasını necə dəyərləndirmək olar? Bu o demək olur ki, Aİ artıq NATO-ya belə güvənmir və ABŞ Atlantik dünyasının müdafiə sistemində dominant rolu ortadan qalxır? Ümumiyyətlə Aİ-nin NATO-dan kənarda müdafiə sistemi yaratması dünyadakı balansı və geosiyasi dəyərləndirmələri necə dəyişə bilər?

Aİ-nin NATO-dan kənarda müdafiə sistemi yaratmasının mümkünlüyünü PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Yeni təhlükəsizlik sisteminin yaradılması Avropa İttifaqını tamamilə parçalaya, hətta dağıda bilər. Təbii ki, bir çox ittifaq dövlətləri NATO-da qalmaq istəyəcək və bu da əslində Avropanın təhlükəsizlik sistemini tamamtilə zəiflədər”.

Tramp administrasiyasının dövründən başlayaraq ABŞAvropa Birliyinin münasibətlərində müəyən soyuqluğun yarandığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, elə həmin vaxtdan da NATO ölkələri arasında fikir müxtəlifliyi formalaşıb. Əfqanıstan məsələsi bu müzakirədə bir bəhanə rolunu oynayır. Bəzi Avropa İttifaqı məmurları və ittifaqın aparıcı dövlətləri Əfqanıstandan sonra ABŞ-ın mümkün təhlükə qarşısında Avropanı tərk edə biləcəkləri barədə versiya irəli sürərək Vaşinqtonu Avropaya daha çox diqqət etməyə məcbur etməyə çalışırlar:

Avropa Birliyi ilə ABŞ arasında ziddiyyətlər həmişə olub. Bir qayda olaraq, bu ziddiyyətlər xüsusilə müdafiə və təhlükəsizlik sahəsində olur. Çünki Avropa Birliyi ölkələri, xüsusilə Fransa qlobal siyasətdə özəl rola can atıbr. Amma ABŞ NATO-da aparıcı dövlət olduğuna görə bu imkanı Fransaya verməyib. Tramp administrasiyasının dövründən başlayaraq ABŞAvropa Birliyinin münasibətlərində müəyən soyuqluq yaranıb. NATO ölkələri arasında fikir müxtəlifliyi formalaşıb. Düşünürəm ki, Əfqanıstan məsələsi bu müzakirədə bir bəhanə rolunu oynayır. Bəzi Avropa İttifaqı məmurları və ittifaqın aparıcı dövlətləri Əfqanıstandan sonra ABŞ-ın mümkün təhlükə qarşısında Avropanı tərk edə biləcəkləri barədə versiya irəli sürərək Vaşinqtonu Avropaya daha çox diqqət etməyə məcbur etməyə çalışırlar.

Cozef Barrelin bəyanatının arxasında hansısa konkret planların dayandığını düşünmürəm. Çünki Avroatlantik müdafiə və təhlükəsizlik sistemi, yəni NATO ciddi təhlükəsizlik blokudur. NATO təkcə hərbi deyil, həm də siyasi blokudur. Buna görə də NATO-nun yerinə hansısa təhlükəsizlik bloku qurmaq uzun müddətli işdir. Bu işə ən azı 20 il-ə qədər vaxt tələb oluna bilər və yeni sistemin nə qədər uğurlu olacaqğını isə təxmin etmək belə mümkün deyil. Çünki yeni təhlükəsizlik sisteminin yaradılması Avropa İttifaqını tamamilə parçalaya, hətta dağıda bilər. Təbii ki, bir çox ittifaq dövlətləri NATO-da qalmaq istəyəcək və bu da əslində Avropanın təhlükəsizlik sistemini tamamtilə zəiflədər. Hətta Avropa İttifaqı dövlətlərini bir-birinə düşmən dövlətlərə çevirər. Faktiki olaraq Avropa 20-ci əsrin əvvəlinə dönər.

O da nəzərə alınmalıdır ki, Avropa İttifaqı ölkələrinin cəminin hərbi potensialı ABŞ-ın hərbi potensialından 2-3 dəfə zəifdir. Buna görə də düşünmürəm ki, NATO-u əvəzləyən blokun yaranması belə asanlıqla baş versin və Avropa İttifaqı da belə bir macəranın içində yer alsın.

Ərəstun Oruclu: “Düşünmürəm ki, Avropada NATO-dan kənarda yeni təhlükəsizlik sisteminin təməlinin qoyulması mümkün olsun. Bu hər şeydən Avropa üçün geosiyasi fəlakət olar”.

Ola bilsin ki, NATO daxilində ABŞ-la Avropa Birliyi ölkələri arasında hansısa ziddiyyətlər var. Buna görə də Avropa Birliyində belə bir fikir ortaya atılıb ki, ABŞ-ın diqqəti daha çox Avropaya yönəlsin və yeni bir sövdələşmə gündəmə gəlsin. NATO-da hərbi və siyasi ishatların aparılması da mümkündür və bütün bunlar müzakirə edilə bilər. Lakin ABŞ olmadan Avropanın təhlükəsizliyinin təminatı və ittifaqının özünün belə mövcudluğu hələ ki, mümkün görünmür.

Şübhəsiz ki, ABŞ-ın istər daxili, istərsə də xarici siyasətində çox ciddi problemlər var. Amma yaxın 10-15 ildə ABŞ-ın Şimali Atlantikanın hərbi blokunda aparıcı rol oynaması şübhəsizdir. İnanmıram ki, bu müddətdə ABŞ-ın aparıcı rolunu nəyləsə əvəz etmək olsun. Sadə fakt deyim. NATO büdcəsinin 80 faizdən çoxu ABŞ-ın hesabına təmin olunur. Atlantik Alyansının hərbi xərclərini ödəmək üçün vəsait belə Avropa ölkələrində yoxdur.

Digər tərəfdən istənilən hərbi sahədə - nüvə sahəsində, qoşunlarda, raket texnologiyalarından Avropa ölkələrində əsas fəal ölkə Fransadır. Amma onun da imkanları ABŞ-ın imkanlarından xeyli geridədir. Buna görə də düşünmürəm ki, Avropa Birliyinin özünün təhlükəsizlik sistemini yaratması üçün real imkanları var.

Yeni təhlükəsizlik sistemi yaratmaq istəyən və bu sistemi NATO-ya alternativ qoymağı hədəfləyən ölkə var və Rusiyanın qurmaq istədiyi KTMT adlı təhlükəsizlik sitemi 20 ildir ki, mövcuddur. Amma bu qurum formaldır. Onun real fəaliyyət göstərmək və böyük geosiyasi proseslərə təsir etmək imkanları hələ reallıqdan çox-çox uzaqdır. Ona görə də düşünmürəm ki, Avropada NATO-dan kənarda yeni təhlükəsizlik sisteminin təməlinin qoyulması mümkün olsun. Bu hər şeydən Avropa üçün geosiyasi fəlakət olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar