Bazar ertəsi, 20 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Maşın bazarı"nda baş verən partlayışda xəsarət alan polis kapitanı ölüb

İyunun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.

APA-nın məlumatına görə, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Onlardan polis kapitanı Elçin Səfərov bu gün bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Qeyd edək ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb. nəticədə M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentə müraciət: “50 min manat verib qardaşımı çıxardım, amma…”

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə... - Vardanyan

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu

Türkiyə göylərində insan üzlü qorxunc bulud - Video

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

Generalların əməlləri, həbs edilənlərin düşdüyü tor... - İkinci “MTN işi”nin təfərrüatları

"Möcüzəli Naftalan"da korrupsiya, antisanitariya və qanunsuzluq tüğyan edir

Araik Arutyunyan Xocalıda sement zavodu açdı - Video

Ən çox oxunanalar