Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası: "Qarabağ" AEL-lə heç-heçə oynayıb- Yenilənib

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsində ilk matçına çıxıb.

“Neftçi” Çempionlar Liqası ilə vidalaşıb
Tokio-2020: Çin liderliyi ələ alıb - MEDAL SİYAHISI
Argentina yığması 1993-cü ildən bəri ilk dəfə kubok qazanıb
Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olub. Larnakadakı “AEK Arena”da baş tutan qarşılaşmada 2 qol qeydə alınıb. Cari mövsüm avrokuboklarda qol buraxmayan “Qarabağ” quru seriyasını davam etdirə bilməyib. 68-ci dəqiqədə ev sahibləri penaltidən hesabı açıblar. Lakin Azərbaycan klubu məğlubiyyətdən qaça bilib. Abdullah Zubir 90+3-cü dəqiqədə status-kvonu bərpa edərək, matçda son nöqtəni qoyub – 1:1.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. Cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Konfrans Liqası
I

II təsnifat mərhələsi, ilk oyun

5 avqust

21:00. AEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 1:1

Qollar: Stefan Skepoviç, 68 (pen.) - Abdullah Zubir, 90+3

Baş hakim: Qlenn Niberq (İsveç)

AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç

Baş məşqçi: Duşan Kerkez

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Larnaka.

“AEK Arena”

***

Abdulla Zubir 90+3-cü dəqiqədə hesabı bərabərləşdirir 1:1.

***

Matçın 69-cu dəqiqəsində meydan sahibləri hesabı açır.

Stefan Scepoviç penaltidən fərqlənir - 1:0.

***

AEL (Kipr) – “Qarabağ” matçının birinci hissəsi başa çatıb. Komandalar fasiləyə yollanıb.

Oyunda hesab açılmayıb - 0:0

***

Matç başladı.

***

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

Artıq komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev, Kevin Medina

AEL: Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres, Euller.

“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar