Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirin müavinin sədrliyi ilə iclas keçirilib - Foto

Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın müvafiq Konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın iclasında prioritet istiqamətlər üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verilib, həmçinin Ermənistan tərəfindən işğal edilmiş və hazırda işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində aparılan işlərin zəruriliyi komissiya üzvlərinin diqqətinə çatdırılıb.

İclasda irəli sürülmüş təkliflərə dair komissiya üzvləri tərəfindən müzakirələr aparılıb və iclasın yekunu olaraq komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən və sahə üzrə ekspertlərdən ibarət İşçi Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının hazırlanması istiqamətində tədbirlərin görülməsi qərara alınıb.

 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar