Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azəriqaz"ın sabiq mətbuat katibinə yeni vəzifə verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.

Bu barədə "Report"a o, özü məlumat verib.

C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.

Xatırladaq ki, C.Səfərov "Azəriqaz"dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.

"Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi şanlı Qələbədən sonra işğaldan azad olunan ərazilərdə geniş tikinti-quruculuq işlərinə başlanılıb. Belə ki, hava və yol nəqliyyatı infrastrukturunun qurulmasında nəzərdə tutulan layihələrin icrasında “Azvirt” MMC-yə də Azərbaycan dövləti böyük etimad göstərərib. Hazırda şirkət Füzuli, LaçınZəngilan beynəlxalq hava limanlarının layihələndirmə və tikintisi işlərini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Zəfər yolu”, “Əhmədbəyli-Füzuli-Şuşa”, “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd”, “Kəlbəcər-Laçın” avtomobil yollarının bir hissəsi, eləcə də “Füzuli-Hadrud”, “Qoşasu-Daşlı”, “Qoşasu-Pircahan” avtomobli yollarının tikintisini həyata keçirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar