Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qapıçını itələyib yerinə keçən sürücü – 64 il öncə “Zenit”in uduzması iğtişaşa səbəb olub

Futbol qiyamı – qeyri-adi səslənsə də, sosial və siyasi narazılar kimi furbol azarkeşləri də azarkeşlik etdiyi komandanın məğlubiyyətinə, yaxud da hakimlərin ədalətsizliyinə qarşı etiraz aksiyası olaraq qiyam qaldırıblar.

SSRİ-də isə ilk dəfə bu cür hadisə 1957-ci ilin may ayında baş verib. Mayın 14-də Leninqradda futbol üzrə SSRİ çempionatının 8-ci turunda yerli “Zenit” komandası ilə Moskvanın “Torpedo” komandası Kirov adına stadionda qarşılaşıblar.

Matç 19.30-da başlanıb. Oyunu kuybışevli hakim Nikolay Krılov idarə edib. İlk dəqiqələrdən stadionda gərginlik müşahidə olunub. Leninqradlı azarkeşlər “Torpedo” komandasının gücünə bələd olublar. Amma “Zenit”in öz meydançasında qələbə çalacağına da şübhə etməyiblər.

Cəmi 12 dəqiqədən sonra stadionda gərginlik bir az da artıb. 19.42-də dövrün əfsanəvi futbolçusu sayılan Eduard Streltsov 25 metrlik məsafədən vurduğu cərimə zərbəsi ilə hesabı açanda, leninqradlı azarkeşlər olduqca kəskin şəkildə “narazı”lıqlarını ifadə ediblər. 36-cı dəqiqədə “Zenit” komandasının qapısından keçən ikinci top stadiondakı qəzəb dalğasını daha da gücləndirib, “Zenit” komandasının qapıçısı Vladimir Farikinin ünvanına yağdırılan söyüşlər stadiondan kənarda da eşidilib.

20.36-da “Zenit” komandasının hücumçusu Valentin Tsaritsinin qonaqların qapısından keçirdiyi bir top azarkeşlərin qismən sakitləşməsinə səbəb olub. Amma çox keçməmiş, 20.43-də “Torpedo”nun hücumçusu Valentin İvanov dəqiq zərbə ilə 3-cü qolu vuraraq azarkeşləri yenidən məyus edib və hesabı 3:1-ə çatdırıb.

20.50-də torpedoçu Yuri Falin ev sahiblərinin qapısından daha bir top keçirib. 8 dəqiqədən sonra, 20.58-də “Torpedo”nun məşhur hücumçusu Slava Metreveli beşinci qolu vuraraq hesabda böyük fərq yaradıb - 1:5.

Beşinci qoldan sonra leninqradlı azarkeşlər əsəblərinə hakim kəsilə bilməyiblər. Oyunun sonuncu dəqiqələrində “Əmək bayrağı” fabrikinin sürücüsü, 30 yaşlı Vasili Kayukov meydançaya atılıb, “Zenit”in qapıçısı Vladimir Farikini itələyərək meydançadan uzaqlaşdırıb, pencəyini soyunaraq qapının qarşısına keçib. Bu məqamda hakim onu meydançadan çıxarmağa cəhd edib. Bu cəhd baş tutmayanda milislər məsələyə müdaxilə ediblər. Kayukov milislərin əmrinə tabe olmayanda ona qarşı kobudluq edilib. Elə hər şey də milislərin Kayukova etdiyi kobudluqdan başlayıb.

Azarkeşlər kütləvi şəkildə meydançaya axışıblar. Milislərlə azarkeşlər arasında qarşıdurma yaranıb. Dərhal stadiona əlavə qüvvələr çağrılıb. Milislər və hərbçilər azarkeşlərin qarşısını ala bilməyiblər. Hər iki komandanın futbolçuları əvvəlcə geyinib-soyunma otağına qaçıblar. Azarkeşlər onların arxasınca gedəndə futbolçular və hakimlər stadionun inzibati binasının otaqlarında gizlənməyə məcbur olublar.
Stadiona milis və hərbçilərlə yanaşı yanğınsöndürən avtomobillər də şağrılıb. Azarkeşlərin bir qismini su şırnağı ilə dağıtmaq mümkün olub. Futbol qiyamçıları stadionda qarşılarına çıxan hər şeyi dağıdıblar, oturacaqlar, futbolçuların geyinib-soyunma otaqları, tibb məntəqəsi yerlə-yeksan edilib.

Qarşıdurma zamanı 107 nəfər hərbçi və milis müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib. Növbəti əlavə qüvvələrin cəlb olunmasından sonra gecə saatlarında furbol qiyamı yatırılıb.
Səhərisi gün hadisə ilə bağlı cinayət işi açılıb. İstintaqa 97 nəfər cəlb edilib. Onlardan 16 nəfəri haqqında ayrıca cinayət işi açılıb. Məhkəmə futbol qiyamının bu 16 nəfər iştirakçısını 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onlar gələcəkdə Leninqrad və Moskva şəhərlərində yaşamaqdan məhrum olunublar.

Məhkəmədən sonra leninqradlı ziyalılar baş katib Nikita Xruşova, Mərkəzi Komitənin katibi Suslova, Rusiya Ali Məhkəməsinin sədri Rubiçevə, SSRİ-nin baş prokuroru Rudenkoya çoxsaylı məktublar ünvanlayıblar. Onlar qanlı insidentin baş verməsində milisləri də ittiham edərək, həbs olunanların azad edilməsini xahiş ediblər. Məktubda vurğulanıb ki, yüzlərlə milis rezin dəyənəklərlə günahsız insanların üstünə cumaraq onları vəhşicəsinə döyüblər. Mərkəzi Komitə ziyalılara bir cümləlik cavab məktubu göndərib:

“14 may 1957-ci ildə Leninqradda futbol zamanı baş verən hadisələrə görə cəzalandıranların cinayət əməlləri məhkəmə tərəfindən tam sübuta yetirlib...”

Buna baxmayaraq, Mərkəzi Komitəyə göndərilən məktubların ardı-arası kəsilməyib. 1959-cu ildə hadisə ilə bağlı xüsusi komissiya yaradılıb. Komissiyanın rəyi əsasında SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə azadlıqdan məhrum olunanlar əfv ediliblər və onların Moskva və Leninqrad şəhərlərində yaşamaq hüquqları bərpa edilib.

Qeyd edək ki, Leninqraddakı futbol qiyamından sonra SSRİ-nin bir çox şəhərlərində də bu cür hadisələr baş verib. Amma onların heç birinin miqyası Leninqraddakı qədər böyük olmayıb.(musavat.com) 

İlham Cəmiloğlu

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar