Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Göygöl rayon sakini Camal Həmzəyev Gəncə şəhərində saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Orxan Abdullayev saxlanılan zaman onun üzərindən narkotik maddə olan “patı” aşkar edilərək götürülüb.

Sonuncunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman isə oradan “metamfetamin” və “tiryək” aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

“Atamın adı mənə çox böyük zərbələr vurub” - Nüsrət Kəsəmənlinin oğlu

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? - Foto

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

AZAL prezidentinin xanımının məhkəmədə cavab verməsi tələb olundu

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Barmaqlardakı qıcolmalar nəyin əlamətidir? - Həkim

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Ən çox oxunanalar