Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxtəlif ölkələrdə vaksinlərin fərqli təsiri - ABŞ-da ölüm sayı vaksinə görə azalır?..

Rusiya, İran və Türkiyə kimi ölkələrdə vaksinləşmə niyə təsir göstərmir?..

Həkim-terapevt: “ABŞ-da ölüm hallarının azalması şübhəsiz ki, vaksinasiya ilə bağlıdır. ABŞ-da modern vaksinlərdən istifadə olunur”.

Avropa ölkələri “Sputnik” vaksinini qəbul etmir və o vaksindən istifadə edən adamları da ölkələrinə buraxmırlar”.

Bu sözləri həkim-terapevt Rasif Bağırov Müxtəlif ölkələrdə vaksinlərin fərqli təsir səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bir çox ölkələrdə, o cümlədən yaxın qonşularımız olan Rusiya, İran və Türkiyədə, hətta Gürcüstanda ölüm sayı hər gün daha da artır. Daha əvvəl ölüm sayı pik həddə olan ABŞ-da isə normallaşma yaranıb.

ABŞ-da yoluxma və ölüm sayının azalmasını vaksinlə əlaqələndirmək olarmı və bu belədirsə, onda hansı səbəbdən Rusiya, İran və Türkiyədə ölkələrdə vaksinləşmə təsirsizdir?

Mövzunu PİA.az-ın əməkdaşı həkim-terapevt Rasif Bağırov ilə müzakirə edib.

Rasif Bağırov: “Avropa “Sputnik” vaksininin insan bədənində lazımınca antitel yaratmasına inanmır”.

ABŞ-ın istifadə etdiyi modern vaksin “Pfizer” və “BioNTech”lə bir yerdə 95 faiz effekt verdiyini vurğulayan mütəxəssis PİA.az-a açıqlamasında qeyd edib ki, bu vaksinlər daha effektlidir:

“Əvvəla onu qeyd edim ki, ABŞ Çin vaksini olan “Sinovac”dan istifadə edir. İran, Gürcüstan və Türkiyə isə əsasən Rusiya istehsalı olan “Sputnik” vaksinindən istifadə edir. Təbii ki, Rusiya da “Sputnik” vaksinindən istifadə edir. Avropa ölkələri isə “Sputnik” vaksinini qəbul etmir və o vaksindən istifadə edən adamları da ölkələrinə buraxmırlar. Çünki Avropa “Sputnik” vaksininin insan bədənində lazımınca antitel yaratmasına inanmır. Onlar düşünürlər ki, “Sputnik” vaksini vurduran insanlar yenidən koronaya yoluxa və başqa insanları da yoluxdura bilərlər.

Bildiyimiz kimi Azərbaycan və Türkiyədə əvvəllər “Sinovac”dan çox istifadə olunurdu. Demək olar ki, indi də Azərbaycanda “Sinovac” vaksinindən çox istifadə olunur. Odur ki, bizdə hələ ki, vəziyyət sabitdir. Amma Avropaya səfər etmək istəyən insanlar Avropa vaksinindən istifadə edirlər. Təbii ki, bu vaksinlər kifayət qədər effektlidir.

ABŞ-da ölüm hallarının azalması şübhəsiz ki, vaksinasiya ilə bağlıdır. ABŞ-da modern vaksinlərdən istifadə olunur. Həmin modern vaksin “Pfizer” və “BioNTech”lə bir yerdə demək olar ki, 95 faiz effekt verir. Buna görə də bu vaksinlər daha effektlidir. Düzdür bu vaksini vurduranda da xəstələnə bilərsən, amma ölüm halı olmaz. Çünki xəstəlik yüngül keçir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar