Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ölkələri Rusiyanı separatçı bölgələri tanımaq qərarını geri çəkməyə, qoşunlarını çıxarmağa çağırdı

Bir neçə Qərb ölkəsi, o cümlədən ABŞ. Böyük Britaniya və Fransa birgə bəyanat yayaraq Rusiyanı Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımaq barədə qərarını geri çəkməyə, habelə bu regionlardan qoşunlarını çıxarmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqust hadisələrinin 13 illiyi ilə bağlı yayılmış bəyanatda bildirilir: “Bu gün biz bir daha Rusiya Federasiyasını ləngimədən öz qoşunlarını və təhlükəsizlik qüvvələrini çıxarmağa, habelə Gürcüstan ərazilərindəki Cənubi Osetiya və Abxaziyanın qondarma müstəqilliklərinin tanınmasına dair qərarına yenidən baxmağa çağırırıq”.

Bəyanatı habelə BMT Təhlükəsizlik Şurasında təmsil olunan Estoniya, İrlandiya və Norveç, o cümlədən tezliklə orada təmsil olunacaq Albaniya da imzalayıblar. Bəyanatda Rusiyanın Gürcüstanın separatçı bölgələrində qanunsuz hərbi iştirakı pislənilir və Moskvanın bu regionları ilhaq etməyə yönəlmiş siyasət yürütdüyü bildirilir.

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavni Dmitri Polyanski isə bəyanatı şərh edərək qərb ölkələrinin bu çağırışını “fantom ağrılar” kimi qiymətləndirib. Və deyib ki, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi” reallıqdır, bu reallığa məhəl qoymamaq mümkün deyil.

2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstana hərb müdaxilə edib və separatçı bölgələri öz nəzarətinə alıb. Daha sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Rusiyanın ardınca Venesuela, Nauru və Nikaraqua da belə qərar veriblər, amma Moskvanın iki separatçı bölgənin qondarma müstəqilliklərinin tanınması kampaniyasını genişləndirmək səyləri bundan artıq nəticəyə gətirib çıxarmayıb.(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar