Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda bir qrup Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi - Fotolar

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən Şirvan şəhərindən Vətən müharibəsi iştirakçılarından bir qrupuna medalların təqdimat mərasimi keçirildi.

PİA.az xəbər verir ki, təqdimat mərasimini Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva açdı.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda və Vətən müharibəsində qələbəni təmin edən döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva qeyd etdi ki, 30 ilə yaxın erməni işğalına və təcavüzünə cavab olaraq Müzəffər Ordumuzun Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün davam edən əks-hücim əməliyyatlarında Şirvan şəhərindən də müharibəyə səfərbər edilən və orduda xidmət edən yüzlərlə əsgər və zabitlər iştirak etmişdir. Bu Zəfər yürüşündə qəhrəmanlıq göstərərək Qələbənin təmin edilməsində xüsusi xidmətləri olan Ordumuzun hər bir əsgər və zabitinin şücaətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə layiqincə dəyərləndirilmiş, onlar fəxri adlara, orden və medallara layiq görülmüşlər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəhər Şöbəsinin rəis müavini Musa Nağıyev, Şirvan şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək Vətən müharibəsinə Şirvan şəhərindən səfərbər edilən və könüllü döyüşlərə qatılan gənclərin Qələbənin təmin edilməsində xidmətlərindən danışdı. Onlara layiqincə xidmət edib torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərdiklərinə görə təşəkkürlərini bildirdilər.

Müharəbə iştirakçılarının xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə dəyərləndirilib onlara medallar verildiyinə, diqqət və qayğı göstərildiyinə görə Dövlət başçısına və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Sonra mərasimdə iştirak edən Vətən müharibəsi iştirakçılarına “Füzulinin azad olunmasına görə” medalları təqdim edildi.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva mərasimə yekun vurdu. Müharibə iştirakçılarını bir daha təbrik etdi, onlara öz təşəkkürünü bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar