Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sözdə din, ortaq mədəniyyət və tarix birliyi - İran səfiri ilə Ermənistana yenə dəstək verdi...

İranın ölkəmizə olan münasibətini dost ölkənin münasibəti kimi dəyərləndirmək olarmı?..

Politoloq: “İranın Ermənistandakı səfirinin erməni hərbiçiləri ilə Ermənistan-Azərbayca­n sərhəddinə gəlməsi rəsmi Tehranın İrəvana dəstəyinin nümayişi kimi dəyərləndirilməlidir­”.

İranda sözdə ortaq tarixə, islam dininə istinad edərək daim Azərbaycanı dəstəklədiklərini bəyan edirlər. Gerçəklikdə isə Tehran birmənalı olaraq Ermənistana yardım göstərir”.

Bu sözləri politoloq Zaur İbrahimli İranın Ermənistandakı səfiri Abbas Zohurinin dünən Ermənistan-Azərbayca­n sərhədinə getməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İranın Ermənistandakı səfiri Abbas Zohuri dünən Ermənistan-Azərbayca­­­n sərhədinə gəlib və erməni hərbçilərinin müşayiəti ilə sərhədin əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.

İran səfirinin ermənilərin səngərində dayanıb, Azərbaycan ərazilərinə durbinlə baxması dost hesab olunacaq bir ölkənin diplomatının davranış qaydalarına uyğun deyil. Rusiya və Fransa kimi ölkələrin səfirləri belə sərhəd bölgələrinə səfər etmədiyi halda, İranın işğalçı Ermənistana verdiyi bu dəstəyi necə dəyərləndirmək olar? Ümumiyyətlə Ermənistanla əlaqələri ilə münasibətdən yanaşaraq, İranın ölkəmizə olan münasibətini dost ölkənin münasibəti kimi dəyərləndirmək olarmı?

İranın Ermənistana və Azərbaycana sərgilədiyi mövqeyi PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “İranın Cənubi Qafqazda əsas prioritetlərindən biri Ermənistanın ayaq üstə qalması və Azərbaycanla rəqabət aparacaq güc qazanmasıdır”.

İran yalnız fakt qarşısında qaldıqdan sonra İkinci Qarabağ Müharibəsində Azərbaycana sözdə dəstək verməyə başladığını xatırladan politoloq PİA.az-a bildirib ki, müharibə bitdikdən dərhal sonra sonra yüksək rütbəli iranlı hərbçilərin Ermənistana səfərini xatırlatmaqda fayda var:

İranın Ermənistandakı səfirinin erməni hərbiçiləri ilə Ermənistan-Azərbayca­n sərhəddinə gəlməsi əsmi Tehranın İrəvana dəstəyinin nümayişi kimi dəyərləndirilməlidir­. Görünür, Tehranda hesab ediblər ki, İranın siyasi hakimiyyətinə yaxın din xadimlərinin Şuşa səfərindən sonra ermənilərə belə bir jest etmək lazımdır. İran bu cür manevr və diplomatik gedişlərlə hər iki ölkə ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini, tarazlığı qoruduğunu göstərməyə çalışır.

İran sözdə ortaq tarixə, İslam dininə istinad edərək daim Azərbaycanı dəstəklədiklərini bəyan edirlər. Gerçəklikdə isə Tehran birmənalı olaraq Ermənistana yardım göstərir. Hətta hərbi texnika və istehkamların salınması məsələsində Tehrandan İrəvana dəstək veirilib. Bu yaxınlarda da işğaldan azad oluanan ərazilərdə ANAMA İran istehsalı olan mərmilər aşkarladı. İran yalnız fakt qarşısında qaldıqdan sonra İkinci Qarabağ Müharibəsində Azərbaycana sözdə dəstək verməyə başladı. Müharibə bitdikdən dərhal sonra sonra yüksək rütbəli iranlı hərbçilərin Ermənistana səfərini xatırlatmaqda fayda var.

Zaur İbrahimli: “Azərbaycan diplomatiyası bu və digər əməkdaşlıq təşəbbüslərlə, müxtəlif addımlarla Tehranın mövqeyinə təsir göstərməyə çalışır, ikitərəfli münasibətlərin gündəliyinin qarşılıqlı əməkdaşlıq üçün məqbul olmasına səy göstərir. Bu səylər bir çox hallarda nəticəsiz qalsa da, ən doğru yol budur”.

İranın Cənubi Qafqazda əsas prioritetlərindən biri Ermənistanın ayaq üstə qalması və Azərbaycanla rəqabət aparacaq güc qazanmasıdır. Bu İranın xarici siaysətinin əsas prinsiplərindən, konsepsiyalarından biridir və prezidentlərin, ayrı-ayrı qərar verən şxəslərin dəyişməsi bu zaman heç bir rol oynamır. Azərbaycan diplomatiyası bu və digər əməkdaşlıq təşəbbüslərlə, müxtəlif addımlarla Tehranın mövqeyinə təsir göstərməyə çalışır, ikitərəfli münasibətlərin gündəliyinin qarşılıqlı əməkdaşlıq üçün məqbul olmasına səy göstərir. Bu səylər bir çox hallarda nəticəsiz qalsa da, ən doğru yol budur. İranın real mövqeyini unutmamaq, Ermənistana dəstəyini yaddan çıxarmamaqla bu siyasət davam etdirilməlidir.

Şübhəsiz ki, İran Azərbaycan cəmiyyətinin gerçək mövqeyini də bilməlidir, düşünürəm ki, xüsusən son vaxtlar müzakirələrdə, sosial şəbəkələrdə səslənən fikirlər Tehran üçün ciddi siqnal olmalıdır. Bu müzakirələrin də İranın bir az əvvəl qeyd etdiyim yanaşmasını dəyişəcəyinə ümidimiz yoxdur, lakin cəmiyyətimizin sərt mövqeyinin da təsirsiz qalmayacağına əminəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar