Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Times” MN-nin məxfi sənədlərini itirən məmurun adını açıqladı – Detallar

İngiltərənin “The Times” qəzeti Defender esminesi haqqında məxfi sənədləri itirən müdafiə məmurunun adını dərc edib.

Qaynarinfo xəbər verir ki, təxminən bir ay yarım əvvəl Kentdə bir avtobus dayanacağında içində sənədlər olan bir qovluq tapılmışdı.

Qəzetin yazdığına görə, sənədlərin itirilməsində günahkar uzun illər Xarici İşlər Nazirliyində çalışan 51 yaşlı Anqus Lepsli olub. O, müvəqqəti olaraq Müdafiə Nazirliyində işləmək üçün təyin edilib. Sənədləri itirdikdən sonra vəzifəli şəxs Xarici İşlər Nazirliyinə işə qayıdıb. “The Times” Lepslinin gizli materiallara girişi məhdudlaşdırdığını qeyd edib.

Eyni zamanda Lepsli İngiltərənin NATO-dakı səfiri təyin olunmağa hazırlaşırmış. Hadisədən sonra vəzifəyə başlamaq şansı azalsa da, yenə də “özünü reabilitasiya etmək imkanı” var. Jurnalistlərin fikrincə, Müdafiə Nazirliyində bir çoxları Lepslinin işdən çıxarılmamasından təəccübləniblər.

O, Müdafiə Nazirliyində NATO ilə əlaqələrdən və Avroatlantik bölgənin təhlükəsizliyindən məsul olan şöbə rəisi vəzifəsində çalışıb. 1999-cu ildən Xarici İşlər Nazirliyində işləyir.

Müdafiə idarəsinin gizli sənədləri dayanacaqda təsadüfən yoldan keçən bir adam tərəfindən 22 iyunda – Qara dənizdə İngilis Defender esminesi ilə baş vermiş hadisədən bir gün əvvəl aşkar edilib. O, sənədləri 27 iyun tarixində BBC-yə ötürüb. Materiallarda, həmçinin esminesin Krım sahillərindən keçmə qərarının Kiyevə dəstəyi nümayiş etdirmək üçün verildiyi bildirilir.

Xatıladaq ki, iyunun 23-də İngilis Defender esminesi Krım bölgəsindəki ərazi sularına girib. Rusiya sərhədçiləri xəbərdarlıq atəşi açıb, bundan sonra gəmi ərazini tərk edib. Rusiya Müdafiə Nazirliyi esmines heyətin hərəkətlərini BMT Konvensiyasının kobud şəkildə pozulması adlandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar