Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə Silahlı Qüvvələri əməliyyatlarını davam etdirir” - Ərdoğan

“Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”.

Unikal.org “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın avqustun 4-də keçirilən toplantısından əvvəl Anıt qəbiri ziyarəti zamanı xatirə kitabına yazıb.

"Əziz, Atatürk, Ali Hərbi Şuranın üzvləri olaraq, 2021-ci il toplantısı münasibətilə bir daha sizin hüzurunuzdayıq. Türkiyə Cümhuriyyətini göstərdiyiniz kimi müasir sivilizasiyaların səviyyəsinə qaldırmaq üçün mübarizəmizi davam etdiririk. Bütün dünyanı koronavirus pandemiyasının bürüməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatdan müdafiəyə, istehsalatdan səhiyyəyədək bir çox istiqamətdə əhəmiyyətli uğurlara imza atır. Bu müddətdə Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”, - o qeyd edib.

Məlumata görə, Şuranın iclasında yaş məhdudiyyətinə əlavə olaraq hələ də gözləmə müddətini tamamlamayan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülərin ​​vəzifəsinə davam etməsi gözlənilir. Bildirilib ki, vəzifə müddəti və yaş həddini tamamlayan Quru Qoşunlarının komandanı general Ümit Dündarla bağlı vəziyyət qiymətləndiriləcək. Şuranın ötən il keçirilən toplantısında səlahiyyət müddəti bir il uzadılan Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Adnan Özballa bağlı da qərarın veriləcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi toplantıda vitse-pezident Fuat Oktay, milli müdafiə, ədliyyə, xarici işlər, daxili işlər, xəzinə və maliyyə, milli təhsil nazirləri, Baş Qərargahın rəisi və başqa komandanları iştirak edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar