Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Şimal zonası üzrə Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov idarənin bir qrup əməkdaşını işdən çıxarıb.

Bu barədə Avropa.info-ya məlumat verən mənbə bildirib ki, əməkdaşların işdən çıxarılmasına səbəb işçilərin Vüsal Hüseynovun anasının yas mərasiminə getməməsi olub.

“Bu yaxınlarda Vüsal Hüseynovun anası dünyasını dəyişib. İdarənin əməkdaşlarından yas mərasiminə getməyənləri Vüsal Hüseynov işdən çıxarıb. Bu adamların işdə qalmaları üçün isə Vüsal Hüseynov iki, üç min manat tələb edir”,-deyə məlumatı verən mənbə bildirib.

“Ölkədə xüsusi karantin rejimi olduğu halda, idarə rəisinin bu qaydaları pozmağa meylli olması anlaşılan deyil. Bundan əlavə, bir müəssisənin işçiləri kiminsə yaxınlarının yas mərasiminə getməyə borclu deyil, bu da işdən çıxarılmaq üçün səbəb ola bilməz”, – deyə məlumatda qeyd olunur.

Mənbə bildirir ki, Vüsal Hüseynov onu bu vəzifəyə Mədəniyyət nazirinin müavini Kənan Kərimovun təyin etdirdiyini və kimsədən çəkinmədiyini deyir.

Qeyd edək ki, bu ilin martında mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova həvalə olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.

Qarşı tərəf mövqe bildirə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar