Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

"Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı, bəzən mən deyirdim ki, bu nə qədər tərbiyəli oğlandı. Kaş ki, bizim deputatların hamısı belə olsun. Bir də görürsən ki, kənarda daha çox tərbiyəli görünən insan ortalığa çıxanda tərbiyəsiz hərəkətlər edən adamdır. Yəni, insanları tanımaq olmur. Amma bütün hallarda deputat o adam olmalıdır ki, axı səni mötəbər bir məclisə seçiblər. Milli Məclisin deputatı böyük addır, şərəfli addır. Sənin nişanın var, toxunulmazlığın var. Konstitusiya ilə sənə güzəştlər verilib. Bunu yerə vurmaq olarmı?"

PİA.az xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimov İctimai Televiziyanın "Diqqət mərkəzi" verilişində qonaq olarkən deyib.

O, polisə qarşı nalayiq hərəkətlərə yol verən Eldəniz Səlimov haqda danışarkən onu da qeyd edib ki, bəzi deputatlar baş verənləri anlamırlar:

"Deputat həmkarımın hərəkətinə görə iki gecədir yata bilmirəm. Milli Məclisdə də deputatların çoxu bunun üçün narahat oldular. Artıq narahatlıqdan keçib, çünki günah bunun özündə olub. Bu adam deputatlıq statusundan istifadə edib, özü üçün hər şey yaradıb. Mən onları bilmirəm, amma belə deyirlər. İnsan nə qədər yuxarı qalxırsa, o qədər başını aşağı dikməlidir. Qudurma söhbəti var da... İnsan qudurmamalıdır. Mən bunu təhqir mənasında demirəm. Sadəcə, fikrimi ifadə etmək istəyirəm ki, insanın nə qədər imkanı genişlənirsə, hörməti artırsa, bir o qədər də başıaşağı, təvazökar olmalıdır" - E.İbrahimov bildirib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar