Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə edib - Yenilənib

“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu “Bakcell Arena”da Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşıb. Şotlandiyadan olan FIFA referisi Uilyam Kollumun idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu qarşılaşma Azərbaycan klublarının turnirdə 250-ci matçı kimi tarixə düşüb. Hər iki komanda meydana itkilərlə çıxıblar. Meydan sahiblərinin heyətində Namik Ələskərov, Huqo Basto zədəli, Mert Çelik isə cəzalı olduğu üçün görüşü buraxıb. Qonaqlarda isə Markus Halsti və Atomu Tanaka zədə səbəbindən oyunda iştirak etməyiblər.

Matça gəlincə, ilk dəqiqələrdə komandalar bir qədər ehtiyatlı oyuna üstünlük veriblər. Tədricən təşəbbüsü ələ alan flaqman 10-cu dəqiqədə Sabir Buqrinlə rəqib qapısı qarşısında ilk təhlükəli vəziyyəti yaradıb. Lakin belçikalı yarımmüdafiəçinin zərbəsi düz qapıçının üzərinə gedib. Az sonra “Neftçi”nin hücumçusu Harramiz Soareş baxımlı hücumu dəqiq zərbə ilə tamamlaya bilməyib. 17-ci dəqiqədə Bakı klubu ciddi itki ilə üzləşib. Komandanın əsas qapıçısı Aqil Məmmədov zədələnərək, meydanı tərk edib. Onu Kamran İbrahimov əvəzləyib. 22 yaşlı qolkiper 32-ci dəqiqədə “Neftçi”ni real qoldan xilas edib. İbrahimov Lukas Linqmanın cərimə zərbəsindən vurduğu topu gözəl sıçrayışla zərərsizləşdirib. İlk hissənin sonlarına doğru “ağ-qaralar” iki epizodda qola yaxın olublar. Əvvəlcə Xəyal Nəcəfov yaxın məsafədən topu qapıya göndərə bilməyib. Ardınca isə Voislav Stankoviçin künc nöqtəsindən ötürülən topa başla qüvvətli zərbəsində azacıq dəqiqlik çatmayıb. 44-cü dəqiqədə azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirib, hərbi salam veriblər. Beləliklə, ilk hissədə qapılara top vurulmayıb və komandalar paltardəyişmə otağına qolsuz heç-heçə ilə yollanıblar.

İkinci yarıya daha fəal başlayan “Neftçi” Yusuf Lavalın ifasında iki dəfə hesabı açmağa yaxın olub. Hər iki epizodda nigeriyalı yarımmüdafiəçinin zərbəsi qeyri-dəqiq alınıb. 57-ci dəqiqədə HİK-in heyətində Jairin zərbəsi qüvvətli alınsa da, hədəfə düşməyib. 59-cu dəqiqədə Buqrin baxımlı zərbə ilə “Neftçi” önə çıxarsa da, bakılıların qol sevinci cəmi 2 dəqiqə çəkib. İkinci hissədə meydana daxil olan Roopi Riski tarazlığı bərpa edib. Bundan 4 dəqiqə sonra isə Jair 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Buraxılan qoldan sonra Xəyal Nəcəfovu Fəhmin Muradbəyli ilə əvəzləyən baş məşqçi Samir Abasov sağ cinahda çıxış edən Mamadu Kaneni dayaq yarımmüdafiəçisi mövqeyinə çəkib. 72-ci dəqiqədə Muradbəyli Lavalın sol cinahdan cərimə meydançasına yerlə ötürməsinə zərbə vurmaqda gecikib. 4 dəqiqə sonra isə Buqrinin qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə dəf edə bilib. Az sonra Abasov meydana 2-ci hücumçu – Mirabdulla Abbasovu buraxıb. 80-ci dəqiqədə “Neftçi”nin kapitanı Emin Mahmudov cərimə zərbəsindən vurduğu əla qolla komandasını məğlubiyyətdən xilas edib. Görüşün sonlarında Lavalla qonaqların hücumçusu Filip Valençiç arasında qısamüddətli gərginlik baş verib. Lakin komanda yoldaşları hər iki oyunçunu sakitləşdiriblər. Beləliklə, "Neftçi" ilk oyunda HİK-lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov 80-ci dəqiqədə cərimə zərbəsindən gözəl qol vurub - 2:2.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, qonaqların heyətində bu dəfə Jair fərqlənib. O, 65-ci dəqiqədə hesabı komandasının xeyrinə dəyişib - 2:1.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar 61-ci dəqiqədə Roopi Riskinin qolu ilə hesabı bərabərləşdiriblər - 1:1.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, "ağ-qaralar"ın heyətində Sabir Buqrin 59-cu dəqiqədə baxımlı zərbə ilə komandasını önə keçirib.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

***

Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

***

“Neftçi”nin qapıçısı Aqil Məmmədov Bakıda Finlandiyanın HİK (Helsinki) klubuna qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda sıradan çıxıb.

“Report”un məlumatına görə, 17-ci dəqiqədə zədələnən qolkiper Kamran İbrahimovla əvəzlənib.

Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab açılmayıb.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, "Bakcell Arena"dakı qarşılaşma saat 21:00-da start götürüb.

Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edir.

***

UEFA Avropa Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Finlandiyanın HİK (Helsinki) klublarının start heyətləri açıqlanıb.

PİA.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç

Baş məşqçi: Toni Koskela

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Kriminal dünyada yeni savaş: “Lotu Quli”nin qisası alınır?

8 günə 50 min almanı öldürən müttəfiqlər – II dünya müharibəsinin daha bir qanlı səhifəsi

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Ən çox oxunanalar