Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rus blogger Türkiyə və Krımdakı tətil qiymətlərini müqayisə etdi

Yandex.Zen-də bloq aparan bir rusiyalı Türkiyə və Krımdakı tətil qiymətlərini müqayisə edib və abunəçilərinə hansına getməyin daha sərfəli olduğunu açıqlayıb.

Məlum olub ki, Rusiyanın ilhaq etdiyi Krım kurortu xarici kurorta uduzur.

Qaynarinfo xəbər verir ki, o bu il Krıma gedib. İstanbulda isə 2017-ci ildə istirahət edib. Blogger qiymətləri müqayisə edərkən məzənnədəki dəyişiklikləri nəzərə alıb.

Nəticə budur: Krımda və Türkiyədə yerləşmə təxminən bir turistə bu qiymətə başa gəlir - Rusiya yarımadasında büdcəli oteldə bir gecə 1,3 min rubl (30,29 azn), İstanbulda isə 1,2 min (27,96 azn).

Müəllif qeyd edib ki, yemək, ictimai nəqliyyatla səyahət və görməli yerləri ziyarət etmək Krımda daha baha başa gəlib – bu, Türkiyədə daha ucuzdur. Rusiyalı xaricdə tətilin daha ucuz və xidmət səviyyəsinin daha yaxşı olduğu qənaətinə gəlib.

"Türkiyənin rahatlıq səviyyəsi birmənalı olaraq üstündür. Məsələn, eyni avtobuslar, hər oteldə bufet, ancaq təəssüf ki, Türkiyədə olmayan kobudluq Krımda mövcuddur", - yazı müəllifi vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Gənc icra başçısının dəbdəbəli villası – Foto

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Səyavuş Aslanın oğlu: "Atam bu günlərimi görsəydi, ürəyi partlayardı" - Video

Perm universitetinə silahlı basqın etmiş Bekmansurovun ayağı amputasiya olundu

Ən çox oxunanalar