Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Tacikistanda “yumşaq gücün” bütün imkanlarından yararlanır

Taliban Əfqanıstanda hələ hakimiyyəti tam ələ almadan, paytaxt Kabil üzərində nəzarət ələ keçirmədən Çinin investisiyalarına ümid edir, bu məqsədlə hərəkatın nümayəndələri tez-tez Pekinə gedirlər. Maraqlıdır ki, Taliban hərəkatının gələcək planlarından çəkinən Mərkəzi Asiya ölkələri də faktiki Çinin yatırımlarından asılıdırlar. Qazaxıstan və Qırğızıstan illərdir bu siyasəti yürüdür. Mərkəzi Asiyanın ən kasıb ölkəsi olan Tacikistan da Çin yatırımlarına bütün qapılarını açıb.

Tacikistanın Çinə artan borcu o həddə çatıb ki, Düşənbə bir neçə iri yatağının istismarını borc əvəzi Çin şirkətlərinə peşkəş edib.  Çin Tacikistanda “yumşaq gücün” bütün imkanlarından yararlanır. Tacikistan kasıb dövlət olsa da, qızıl, mis və digər zəngin yataqlara malikdir. Tacikistanın Əfqanıstanla uzun sərhəddə malik olması da Pekinin diqqət mərkəzindədir. Çin üçün Tacikistan-Əfqanıstan sərhəddində mövqelərini gücləndirmək ona görə vacibdir ki, bu bölgədə radikal uyğurları neytrallaşdıra bilmək imkanı qazanır. Çində 5 min tacik tələbə təhsil alır. Tacikistanın özündə çin dili kurslarını sayı artır, Düşənbədə  iki Konfutsi Mərkəzi fəaliyyət göstərir. Bunlar “yumşaq gücün” əsas istiqamətləridir.

Rusiya və Qərb ölkələri Tacikistana yatırım qoymurlar, onların əvəzinə bütün bu çalışmaları Çin həyata keçirir və buna görə müsbət bəhrələr Pekinə çatır. Bəlkə də elə buna görə Tacikistan Rusiyanın təsis etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulmayıb. 

Kasıb Tacikistanın Çinə 1.2 milyard dollar borcu var. Çin Qərb ölkələrindən fərqli olaraq investisiya əvəzinə ağır şərtlər irəli sürmür. Çinin investisiyalar əvəzinə əsas şərti şirkətlərinin həmin ölkədə fəaliyyətinə şəraitin yaradılmasıdır. Düşənbə bu şərti artıqlamasıyla yerinə yetirir. Bu şərtin ardınca Çin həmin ölkələrdəki layihələrdə vətəndaşlarını yerləşdirməəy müvəffəq olur.

Tacikistanın qızı mədənlərinin 80 faizi Çinə məxsusdur. Son 14 ildə Düşənbənin Pekinə borcu 6 dəfə artıb. Tacikistanda 400-ə yaxın Çin şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər həm böyük pay sahibidirlər, həm də Tacikistan büdcəsinin formalaşmasında mühüm rol oynayırlar. Tacikistana ən çox humanitar yardım edən də Çindir. Qazaxıstan və Qırğızıstandan fərqli olaraq Tacikistanda Çin şirkətlərinə qarşı narazılıq halları qeydə alınmayıb. Tacik vətəndaşları işsizlikdənsə Çin şirkətlərində ağır şərtlər altında çalışmağa üstünlük verirlər.

Çinin Tacikstana verdiyi dəstək başqa ölkələrdə olduğu kimi qarşılıqsız deyil. Tacikistan Pekin istəyi ilə fəal uyğurları Çinə iadə edir. Çin xüsusi xidmət orqanları Tacikistanda tam sərbəstdirlər.

Çinin Tacikistanda rəsmi hərbi bazası olmasa da, iki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur. Çin Tacikistan müdafiə sisteminin modernləşdirilməsində iştirak edir. Tacikistanda 2018-ci idlə terror və ekstremizmlə mübarizə mərkəzi yaradıldı. Tacikistan hərbçiləri Çinin hərbi akademiyalarında təhsil alırlar. İki ölkə arasında zaman-zaman birgə hərbi təlimlər keçirilir. Mütəxəssislərin rəyinə görə, bütün bunlardan sonra Çin üçün Tacikistanda hərbi baza formalaşdırmaq problem deyil.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar