Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ramazan Mirzəyevin şirkəti yenə qalib edildi - 6 milyonluq tender

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 6 milyon manatlıq tenderə yekun vurub...

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxt ərazisindəki dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmir olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Hit.Az dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi "Vest LTD" MMC-dir.

Qalib şirkətə 5 995 300 manat ödəniləcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən il də "Vest LTD”-yə eyni məqsədlə 9 milyon 992 min manat ayırmışdı.

2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2050 manat olan "Vest -LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Şahin Verdəliyevdir.

Mediada yer alan iddialara görə, "VEST LTD” QSC faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyətində "tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyevə məxsusdur.

"Vest-LTD" təkcə 2020-ci ildə dövlət təşkilat və idarələrindən 20-yə yaxın sifariş alıb.

Ramazan Mirzəyevlə bağlı mediada dərc olunan məlumatların araşdırılmasından da məlum oldu ki, "iş adamı” Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim "qalib” gəlir. Hacı Ramazanla bağlı yayılan informasiyalardan biri də onun tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz etməsidir. Məsələn, 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”, ”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə yaxın olduğu iddia olunur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Məktəblərin “əl yandıran” bahalı qiymətləri: 68 min… - Siyahı

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

Pakistan Azərbaycana görə İrana xəbərdarlıq edib: "Elə etməyin ki, Tehrana qoşun yeridək"

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

Koronavirus xəstələrindən pulu necə alıblar? – Sensasion mesajlar üzə çıxdı

“Yeni Klinika”nın direktoru: "İpotekada olan evdən və bir maşından başqa nəyim var?"

Londonda meşəsi olan sabiq nazir indi haradadır? – Unudulan məmurlar

Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- Qudaların “işbirliyiİ”…

“Bandotdel” 20 nəfərlik narkotacir şəbəkəsini saxladı - Başçıları qadın olub - Foto

Ən çox oxunanalar