Şənbə, 25 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Eldəniz Səlimov Prezidentdən və xalqdan üzr istədi

Milli Məclisin deputatı Eldəniz Səlimov susqunluğunu pozdu. Deputat facebook sosial şəbəkəsi vasitəsi ilə baş vermiş hadisə ətrafında gəzən söz-söhbətə cavab olaraq paylaşım edib. PİA.az paylaşımı olduğu kimi təqdim edir...

Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum.

Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm.

Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, İstintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək.

Hörmətlə, Eldəniz Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Operativ Qərargahın Məlumatı: Karantin qaydaları sadələşdirildi

Eldar Həsənov prokurorun suallarını cavablandırıb

Köçkünlərin Zəngilana qayıdacaqları vaxt məlum oldu

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur"

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

"Sədərək Yusif" təbiəti belə məhv edir - Foto

İlham Əliyev üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının detallarını açıqlayıb

Ən çox oxunanalar