Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinin uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris dövrü başlayıb.

Müdafiə Nazirliyindən PİA.az-a verilən məlumata görə, 2021-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar birləşmə və hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarla idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib. Əlahiddə Ümumqoşun Ordu komandanının tapşırıqlarını çatdırarkən yeni tədris dövründə əsas diqqətin qoşunların daima döyüşə hazırolmasının təmin edilməsinə, əməliyyat direktivinə uyğun olaraq döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə yönəldildiyi vurğulanıb.

Çıxışların ardından 2021-ci tədris ilinin birinci tədris dövründə döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrünün ilk məşğələləri keçirilib, qoşunlar döyüş hazırlığı üzrə bölmələrin tərkibində həyəcan siqnalı ilə məşq etdirilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar