Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Eldəniz Səlimov 11 ildə nə ilə yadda qalıb?

Xəbər verdiyimiz kimi, Milli Məclisin İntizam Komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı Baş Prokurorun təqdimatına həmkarları tərəfindən müsbət rəy verilib. Məsələ parlamentin sabah keçiriləcək plenar iclasında müzakirə edilərək səsverməyə çıxarılacaq.

PİA.az-ın məlumatına görə, bir neçə gündür ki, deputatın Xaçmazda polisi döyməsi hadisəsi ictimaiyyət arasında və sosial şəbəkələrdə ciddi müzakirə mövzusudur. Çoxu 45 yaşlı deputatı son törətdiyi hadisədən sonra tanıdıqlarını vurğulayırlar. Buna səbəb isə iki dəfə seçkidə iştirak edib parlamentdə təmsil olunan deputatın 11 il ərzində fəallığı ilə fərqlənməməsidir. Belə ki, onun Milli Məclisin tribunasında, yaxud da mətbuatda ölkə gündəmində baş verən hadisələrlə bağlı çıxışlarına az-az rast gəlmək mümkündür.

Məşhur çıxışlarından biri isə karantin zamanı Yasamalda baş verən hadisədə polisin hərəkətinə haqq qazandırmasıdır. Onun sonradan cəzalandırılan polislərin hərəkətinə haqq qazandırması və toxunulmazlığının ləğvinə səbəb olan hadisə arasında isə indiki reallıqda bir təzad var. Çünki hər iki mövzu karantin qaydalarının pozulmasıyla bağlı olub.

Bundan əlavə, deputat bu ilin iyun ayında Xaçmaz rayonu, Köhnə Xudat bələdiyyəsi, Fərzəlioba kəndində yerləşən meşə fonduna məxsus ərazi ilə bağlı da gündəmə gəlmişdi. Belə ki, məlumata görə, ərazi saxta sənədlərlə bələdiyyəyə verildikdən sonra qanunsuz yolla onun tərəfindən alınıb və atası Adil Səlimovun adına sənədləşdirilib. Həmin meşə fondunun ərazisində yerləşən ağacların kəsilərək məhv edildiyi və yerində meyvə bağı salındığı qeyd edilmişdi. Deputatın yaşıllıqları məhv etməsi tənqidlə qarşılanmışdı.

E. Səlimovla bağlı sosial şəbəkələrdə ən çox müzakirə olunan detallardan biri də onun diplomu ilə bağlıdır. Belə ki, E. Səlimovun təhsili haqqında məlumatlarda 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil aldığı qeyd olunur. Maraqlı məqam isə Azərbaycanda sözügedən universitetin diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır. Bu halda deputatın saxta yolla diplom aldığı da iddia edilir.

Deputatın gündəmə gəldiyi daha bir məsələ isə onun keçmiş PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimində iştirak etməsi haqda məlumatdır. Amma niyəsə toyda iştirak etdiyi üçün cərimələnən şəxslər arasında onun adı olmayıb. Bildirilir ki, E. Səlimovun deputat mandatı qazanmasında AMEA prezidenti R. Mehdiyevin böyük dəstəyi olub.

Bu arada bir məqamı da vurğulayaq ki, deputatın polisi döyməsi faktına aidiyyatı, rəsmi qurumlar tərəfindən operativ reaksiya verilmədi. Yalnız məsələ daha geniş sferada və mediada müzakirə edildikdən, ictimailəşdikdən sonra DİN açıqlama yayaraq faktı təsdiqlədi. Daha sonra prorukorluq tərəfindən E. Səlimova qarşı cinayət işi açıldı.

Haqqında yazılanlara günlərcə səssiz qalan deputat isə ötən gün sosial şəbəkə hesabında səssizliyinə son qoydu. O, etdiyi hərəkətin yanlış olduğunun fərqində olmasını susmağının səbəblərindən biri kimi qeyd edib. Bu səhvinə görə ilk növbədə, Prezident İlham Əliyevdən, ona etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarından, seçicilərindən və bütövlükdə xalqdan üzr istəyib.

Ancaq döydüyü polisdən üzr istəməyib. Elə Milli Məclisin bugünkü iclasındakı qısa çıxışında da həmkarlarından üzr istəməklə kifayətlənib.

Sadalanan hallara və qanunverici hakimiyyətdə təmsil olunan bir şəxsin polisə qarşı zorakılığa yol verməsinə görə, ictimaiyyət Səlimovla bağlı qəbul olunmuş qərarın tam obyektiv və onun törətdiyi əmələ adekvat olduğunu hesab edir.

Bildirilir ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və törətdiyi əmələ görə cəza almalıdır. Ölkədə qanun pozuntuları, korrupsiya faktlarının araşdırılmasına son zamanlar daha ciddi nəzarət edilir və bununla bağlı tədbirlər görülür. Elə son zamanlarda bir neçə yüksək ranqlı məmurların da həbs edilməsi bunun əyani sübutudur. Görünür, elə son olaylar kontekstində deputatın həbsi də qaçılmaz olacaq.

Məlumat üçün bildirək ki, adıçəkilən deputat 55 saylı Xaçmaz şəhər dairəsindən YAP-ın namizədi kimi deputat seçilmişdi.(Qafqazinfo)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

“Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm” – Aktyor cütlüklə 

Səddam Hüseynin qəddar oğlu - Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin şok əməlləri

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"Göbəklitəpədə 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb" - Fotolar

Klintonla Yeltsin Kremlin tualetində araq içib sərxoş olublar...

Ən çox oxunanalar