Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rasim Balayev: “Köhnə sənətkarlar öldü, yeniləri yetişmədi“

Bu gün Azərbaycan kinosunun yarandığı gündür.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Maraqlıdır, Azərbaycan kinosunun bugünkü səviyyəsi tanınmış kino xadimlərini qane edirmi? Niyə sovet dönəmində sevilən filmlər indi çəkilmir?

Azərbaycan kinosunun dünya səviyyəsinə çatması üçün nə kimi işlər görülməlidir?

Xalq artisti Rasim Balayev Yenisabah.az-a açıqlamasında Azərbaycan kinosunun bugünkü səviyyəsinin onu qane etmədiyini söyləyib:

Azərbaycan kinosunun bugünkü səviyyəsi məni qane etmir. Onun səbəbləri açıq-aşkar aydındır. Kino çəkilmirsə, elə səbəbdir. Eşitdiyimə görə, 3-4 film çəkilməlidir. Bir neçə il əvvəl dövlət xətt ilə filmlər çəkilib. Amma onlar azlıq təşkil edirdi. Yavaş-yavaş yəqin ki, qaydasına düşər”.

Aktyor sovet filmləri ilə indiki filmlər arasında böyük fərqin olduğunu deyib:

“Sove filmləri ilə indiki filmlər arasında fərqli cəhətlər var. Birincisi pis, yaxşı sovet dönəmində struktur var idi. O pozuldu, uzun müddət maliyyələşmədi. Daha sonra isə ictimai informasiyanı dəyişdik, sosializm dağıldı. Təxminən 6 il Azərbaycan kinosuna pul ayrılmadı. Sonra yenidən ayrıldı. Nəsillər dəyişdi. Köhnə sənətkarlardan xəstələnən, vəfat edənlər oldu. Buna baxmayaraq yeni nəsil yetişmədi. 20-25 il ərzində struktur düşünülmədi.. Yeni nəsil yetişməlidir. Bu birdən-birə olan iş deyil. Mənə elə gəlir ki, onlar öz sənətkarlarını yetişdirəcəklər”.

R.Balayev filmlərin dünya səviyyəsinə çatması üçün yüksək sənətkarların olmasının vacibliyini qeyd edib:

“Filmlərimizi dünya səviyyəsinə çatdırmaq üçün dünya səviyyəli sənətkarlar, maliyyə, düşüncələr və ümumbəşəri fikirlər olmalıdır. Yəni çəkdiyimiz həmin filmdəki fikirləri ingilislər də, almanlar da, fransızlar da, amerikanlılar da anlamalıdırlar. Bu səbəbdən də ümumbəşri mövzulara toxunulmalıdır. Bunun üçün də yüksək səviyyəli sənətkarlar lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

"Möcüzəli Naftalan"da korrupsiya, antisanitariya və qanunsuzluq tüğyan edir

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Araik Arutyunyan Xocalıda sement zavodu açdı - Video

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Ən çox oxunanalar