Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni hökuməti quran Paşinyanın Azərbaycana qarşı siyasətində hansı yeniliklər ola bilər?..

Bundan sonra Ermənistan daha çox regionda sülhün bərqərar olmasına çalışacaq, yoxsa Yeravan yenə də sülhü əngəlləmək üçün bütün imkanlardan yararlanmağa çalışacaq?..

Politoloq: “Ermənistan Parlamentinin fəaliyyətə başlaması erməni cəmiyyətinin parçalanmasını daha da sürətləndirəcək”.

“Yeni hökümət qurmaq üçün vəzifələndirilən Paşinyanın Azərbaycana qarşı münasibətində dəyişiklik gözləmək indiki reallıqlarla mümkün deyil”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanda bu gün işə başlayan yeni parlamentinin ilk iclasını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın yeni parlamenti sonuncu növbədənkənar seçkilərdən sonra bu gün ilk iclasını keçirib. Deputatlar qanunverici orqanın sədrini, sədr müavinlərini və daimi komissiyaların sədrlərini seçəcəklər.

Parlamentin ilk işi isə seçkilərin qalibi “Vətəndaş Müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı yeni hökümət qurmaq üçün vəzifələndirməsi olub. Bundan sonra isə Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin olunması ilə bağlı fərman imzalayıb.

Ölkədəki siyasi böhranın səbəb olduğu seçkilərin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası parlamentdəki 101 mandatdan 71-ni qazanıb və birpartoyalı hökumət qurmaq hüququ qazanıb.

Verilən məlumatlara görə yeni parlamentin spikeri və onun iki müavini də parlament çoxluğunu təmsil edəcək. Seçki Məcəlləsinə görə, üç vitse-spikerdən biri müxalifəti təmsil etməlidir.

Bundan əlavə, ilk iclasda hökumət strukturunun dəyişdirilməsi haqqında qanun layihəsinin müzakirəsi planlaşdırılır. Lakin hansı dəyişikliklərin gözlənildiyi hələ məlum deyil.

Parlamentdə revanşist müxalifətin yer aldığını nəzərə alarsaq, yeni hökuməti quracaq olan Paşinyanın Azərbaycana qarşı siyasətində hansı dəyişiklilər ola bilər? Bundan sonra Ermənistan daha çox regionda sülhün bərqərar olmasına çalışacaq, yoxsa Yeravan yenə də sülhü əngəlləmək üçün bütün imkanlardan yararlanmağa çalışacaq?

Ermənistanın bundan sonra yürüdəcəyi xarici siyasət kursunu PİA.az-ın əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan-Ermənist­an qarşıdurmasında əsas məsələ erməni tərəfinin beynəlxalq havadarlarının nə istəməsidir”.

Azərbaycanın Ermənistanı “sülh müqaviləsi”ni bağlamağa məcbur etməli olduğu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın atacağı addımlar sayəsində Ermənistan özü bizdən sülh istəməlidir və bizim şərtlərimizi tanımalıdır:

Ermənistan Parlamentinin fəaliyyətə başlaması erməni cəmiyyətinin parçalanmasını daha da sürətləndirəcək. Parlamentdə təmsil olunan Paşinyanın dəstəsi ilə iki revanşist müxalifət dəstəsinin öz aralarında mübarizəsi erməni cəmiyyətini daha da parçalayacaq.

Yeni hökümət qurmaq üçün vəzifələndirilən Paşinyanın Azərbaycana qarşı münasibətində isə dəyişiklik gözləmək, indiki reallıqlarla imkansızdır. Düşünürəm ki, bizim bitmiş hesab etdiyimiz Qarabağ məsələsinin bitmədiyini hesab edən Ermənistanın Azərbaycana qarşı münasibətində müsbət dəyişiklik gözləmək hələlik mümkün deyil. Eyni zamanda, Ermənistan sərhəd delimitasiyası məsələsinə də razı deyil və bu prosesdə uzun və ağrılı olacaq. Bu problemlər əslində Ermənistan və onun havadarları üçün əsl geosiyasi məqsədlərini gizlətməyə bir vasitədir.

Məsələnin kökü daha dərindir. Ümumiyyətlə Azərbaycan-Ermənista­n qarşıdurmasında əsas məsələ erməni tərəfinin beynəlxalq havadarlarının nə istəməsidir. “Erməni məsələsi” adlı siyasəti 200 ildən çoxdur ki, dünyanın gündəmində saxlamağa çalışan qüvvələr bu ad altında tək “erməni soyqırımı” məsələsini yox, eyni zamanda, bu ideologiyadan istifadə edib, regionun təhlükəsizliyini hədəf alıblar. Bu baxımdandır ki, regiona sülhün gəlməsi çox problemli məsələdir, amma mümkünsüz də deyil, çünki “erməni məsələsi”ni körükləyənlərin maraqları çox fərlidir.

Azər Qasımov: “Azərbaycan beynəlxalq məhkəməmələrdə Ermənistan tərəfindən işğal dövründə vurulmuş maddi və mənəvi ziyana görə təzminat tələb etməlidir. Bu təzminat məsələsi Ermənistanı dizə gətiriləcək”.

Bu sülhü regiona Azərbaycan gətirə bilər. Azərbaycan dövlətinin hesablanmış addımları gətirə bilər. Bunun üçün Azərbaycan Ermənistanı buna məcbur etməlidir, amma “sülh müqaviləsi” bağlamaq şəklində deyil, erməni tərəfinə təzyiq etməsi yolu ilə. Biz Ermənistanı məcbur etməliyik ki, onlar özləri bizdən sülh üçün minnətçi düşsün və bizim şərtlərimizi qəbul etsin.

Bunun üçün Azərbaycanın sadə yolu vardır. Azərbaycan beynəlxalq məhkəməmələrdə Ermənistan tərəfindən işğal dövründə vurulmuş maddi və mənəvi ziyana görə təzminat tələb etməlidir. Bu təzminat məsələsi Ermənistanı dizə gətiriləcək. Çünki Ermənistanın vurduğu ziyanın maddi qarşılığını ödəmək imkanı yoxdur. Ermənistan AvropaRusiyadan aldığı ianələrin hesabına yaşayan ölkədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar