Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsi hakimliyinə namizədlər üçün yaş həddi müəyyənləşib

Avropa Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 nömrəli Protokol qüvvəyə minib.

Protokolun 1 avqust 2021-ci il tarixdə qüvvəyə mindiyi açıqlanıb.

Bununla bağlı açıqlanan məlumatda qeyd olunub ki, 2013-cü il mayın 16-da Avropa Şurasının Nazirlər Komitəsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokolu təsdiq etmiş və üzv dövlətləri yeni Protokolu tez bir zamanda imzalamağa və ratifikasiya etməyə çağıraraq onun imzalanması üçün 24 iyun 2013-cü il tarixədək açıq olması barədə qərar qəbul edib. Buna qədər, Avropa Şurasının Parlament Assambleyası 26 aprel 2013-cü ildə 15 nömrəli Protokola müsbət rəy verib.

Azərbaycan 2 may 2014-cü il tarixdə 15 nömrəli Protokolu təsdiq edib. Avropa Şurasının bütün üzv dövlətləri də protokolu ratifikasiya ediblər. 15 nömrəli Protokol 1 avqust 2021-ci il tarixdə qüvvəyə minib.

15 nömrəli Protokol Avropa Konvensiyasında aşağıdakı dəyişiklikləri ehtiva edir:

- Konvensiyanın Preambulasına subsidiarlıq prinsipinə və mülahizə sərbəstliyi doktrinasına istinad əlavə edilir, yəni subsidiarlıq prinsipinə əsasən, tərəf dövlətlərin Konvensiyada və onun Protokollarında müəyyən edilmiş hüquq və azadlıqların təmin edilməsində əsas məsuliyyət daşıdıqları və Məhkəmənin nəzarət yurusdiksiyası altında bu sahədə mülahizə sərbəstliyinə malik olduqları təsdiq edilir;

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət etmə müddəti qısaldılaraq 6 aydan 4 aya azaldır. Bu şərt Protokolun qüvvəyə mindiyi gündən 6 ay keçdikdən sonra, yəni 01.02.2022-ci il tarixdə qüvvəyə minəcək. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasına uyğun olaraq, bu şərt qərar qəbul edilmiş ərizələrə münasibətdə tətbiq olunmayacaq.;

- Ərizəçi üçün “əhəmiyyətli zərər” qəbuledilənlik meyarı ilə əlaqədar dövlətdaxili məhkəmə tərəfindən işə lazımı qaydada baxılmadıqda, işin rədd edilməsinin qarşısını alan təminat ləğv edilir;

- İş üzrə tərəflərin etiraz etmələrindən asılı olmayaraq, Palatalara öz yurusdiksiyalarının Böyük Palatanın xeyrinə keçməsinə icazə verilir;

- Avropa Məhkəməsinə namizəd hakimlərin yaş həddinə məhdudiyyətlər müəyyən edilir – 65 yaş.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar