Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəlləşdirmə çeklərinin dirçəlməsi gözlənilir? - Yeni sənəd hazırlanır

"Özəlləşdirmədə yeniliklər, konseptual yanaşmalar olacaq. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə və s . məsələlər hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər".

PİA.az bildirir ki, bu sözləri özəlləşdirmə çekləri ilə bağlı mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Dogruxeber.az-a açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə tamamilə yeni mərhələnin başlanmasına səbəb oldu. Bunun nəticəsi olaraq, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması ilə vətəndaşların sosial rifahının yüsəldilməsi nəzərdə tutuldu:

"Ulu Öndər yaxşı bilirdi ki, hər bir inkişaf etmiş ölkənin yüksək tərəqqi mərhələsinə çatması birbaşa azad və liberal iqtisadiyyatın təmin edilməsindən asılıdır. Azərbaycan milli iqtisadiyyatın formalaşdırılmasını və ədalətli sosial cəmiyyətə keçidi məhz ilk növbədə, liberal iqtisadiyyatın təmin edilməsi idi. 1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdı. Nəticədə Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edilərək, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı".

Deputat bildirib ki, özəlləşdirmə siyasətinin ən mühüm istiqamətlərindən biri kimi 25 mart 1996-cı il tarixli fərmanla “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamə təsdiq edildi:

"Həmçinin, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” fərman imzalandı. Fərmana əsasən dövriyyəyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 min ədəd özəlləşdirmə çeki buraxıldı. 1997-ci il yanvarın 1-də Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olan hər bir şəxs 4 çekdən ibarət olan 1 özəlləşdirmə payı aldı. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə, güzəştli qaydada iştirak hüququna malik oldular. Bununla yanaşı, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması, satışı və digər formada özgəninkiləşdirilməsi üçün geniş şərait təmin edildi. Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramın (I özəlləşdirmə proqramı) və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu.

2000-ci ilin avqust ayında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın qüvvəyə minməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verildi. İkinci proqram çərçivəsində özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması, vergi və digər güzəştlərin edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, enerji və qazla təmin olunması, dövlətə olan borcların silinməsi və digər məsələlər öz həllini tapdı. Bununla bərabər, əmək kollektivlərinin özəlləşdirmə prosesində daha geniş iştirakı və güzəşt hüquqları təmin olundu".

A. Hüseynov vurğulayıb ki, mövcud dövrdə də özəlləşdirmə ilə bağlı görülən işlərin təkmilləşdirilməsi, fəaliyyətini dayandırmış müəssisələrin canlandırılması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir:

"Cənab İlham Əliyev dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə özəlləşdirmə paylarının dövriyyə müddətinin başa çatmasına baxmayaraq, bir neçə dəfə çeklərin müddətinin uzadılması barədə fərmanlar imzalayıb. Belə ki, müvafiq fərmanlar ilə çeklərin tədavül müddəti 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi artırıldı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırıldı. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Eyni zamanda özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib. Bu isə birbaşa əhalinin özəlləşdirmədə geniş şəkildə iştirakının təmin edilməsinə xidmət edir. Özəlləşdirmə ölkə iqtisadiyyatında yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub".

Aydın Hüseynova görə, ölkəmizdə baş verən yeni iqtisadi proseslər çərçivəsində özəlləşdirmə siyasətinə də yenidən baxılması gözlənilir:

"Hazırda Prezident İlham Əliyevin düşünülmüş və zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf erasının əsas istiqamətlərindən biri kimi yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi vacib tədbirlərdən sayılır. Azərbaycan yeni iqtisadi islahatlar və yeni inkişaf ssenariləri ilə irəliləyir. Bu reallıqlara uyğun olaraq özəlləşdirmənin yeni modelləri tətbiq olunur. Ölkəmizdə baş verən yeni iqtisadi proseslər, o cümlədən iqtisadiyyatda dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsində özəlləşdirmə siyasətinə də yenidən baxılması gözlənilir. Hazırda özəlləşdirmə ilə bağlı detallı iş planı və proqramın hazırlanması işləri davam edir. Yeni özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlaklarının istifadəsinin səmərəliliyinin araşdırılması olacaq. Bu sənəd hazırlanıb digər qurumlarla razılaşdırılandan sonra Hökumət yeni strateji məqsədləri elan edəcək.

Özəlləşdirmə çeklərindən istifadəyə tələb bazarın qanunauyğunluqları, özəlləşdirmənin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Müəyyən qədər çek var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə və s . məsələlər hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar