Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Qarabağ Müharibəsinin gedişatı barədə yeni detallar üzə çıxır.

“Yaşma”nın Ermənistanın işğal altındakı torpaqlarımızda yerləşdirilən 3-cü alayının 7-ci bölüyünü tam heyətlə məhv etməsinin detalları aydın olub.

Belə ki, Ağdamdakı mövqelərindən çıxarılaraq Hadrut istiqamətinə göndərilən batalyon qəsəbəni işğaldan azad etmiş Ordumuza qarşı vuruşmalı idi. 2020-ci il oktyabrın 10-da imzalanmış atəşkəs razılaşmasını pozmağı planlaşdıran düşmən qəfil həmlə ilə Hadrutu yenidən nəzarətə almağı hədəfləyirdi.

Oktyabrın 10-dan 11-nə keçən gecə kapitan Gevorq Gevorqyanın başçılıq etdiyi bölük hücum cəhdlərinə başladı. Bölüyə qarşı döyüşlərə Milli Ordunun “Yaşma” kimi tanınan xüsusi təyinatlı hərbçiləri cəlb olundu. Yüksək döyüş hazırlığı və seçilən düzgün hərbi taktika Hadruta daxil olmağa çalışan düşmən qüvvələrinin mühasirəyə alınmasına səbəb oldu.

5 saat davam edən döyüşdə düşmənin hərbi texnikası, o cümlədən yük maşınları məhv edildi. İşğalçı ordunun 7-ci bölüyünün 72 hərbçisi, başda kapitan Qevorq Qevorqyan olmaqla məhv edildi.

Böyük itkilər verən düşmən Hadruta nəzarəti yenidən ələ keçirmək niyyətlərindən vaz keçməli oldu. Hadrut istiqamətindəki məğlubiyyət Ermənistan ordusunun mənəvi-psixoloji durumuna da mənfi təsir göstərdi.(Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar