Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İntizam komissiyası polisi döyən deputatın toxunulmazlığına xitam verilməsini müzakirə edir

Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.

Toplantıda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Komissiya deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələyə baxılacaq.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Türkiyə ən müasir silahını təqdim etdi - Video 

Putinlə Şoyqunun Tayqa istirahətinin görüntüləri yayıldı

Ən çox oxunanalar