Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda polis şadlıq saraylarında monitorinq keçirib

Tovuz Rayon Pols Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində monitorinq keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbir zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi, personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.

Polis əməkdaşları mərasimə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmamasını da yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı rayon ərazisində keçirilən toy mərasimləridə 22 qayda pozuntusu müəyyən edilib ki, onlardan 2-si şadlıq saraylarında aşkar olunub. 20-si isə fərdi yaşayış evlərində keçirilən toy mərasimləri zamanı aşkarlanan qayda pozuntularıdır. Aşkar edilən hər bir fakt üzrə polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə inzibati protokol tərtib edib.

pia.az 


Etiket: Toy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar