Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Coratda toy yarımçıq dayandırıldı, məclis sahibi və qonaqlar cərimələndi -Foto

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına görə, keçirilən tədbirlər nəticəsində şəhərin Corat qəsəbəsində fərdi yaşayış evlərdən birinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirildiyi müəyyən edilib. Belə ki, Corat qəsəbə sakini 1968-ci il təvəllüdlü Əliyev Vaqif Almas oğlu 100 nəfərlik toy məclisi təşkil edib və aparılan araşdırma zamanı məlum olub ki, V. Əliyev şənliklə bağlı məlumatları portalda qeyd etməyib. Toy məclisi polis əməkdaşları tərəfindən dayandırılıb və qonaqlar uzaqlaşdırılıb.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və qonaqlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən toy sahibi V. Əliyev və qonaqlar cərimələnib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar